DÖVLƏT QULLUĞUNUN inkişafına dair 2019−2025-ci illər üçün strategiya TƏSDİQ EDİLİB
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Strategiyanın həyata keçirilməsi və icrasının monitorinqi üzrə əlaqələndirici orqan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi müəyyən edilsin. Dövlət İmtahan Mərkəzi sərəncamla təsdiq edilmiş Strategiyanın icrası üzrə fəaliyyət planlarında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə hesabat verəcək. Nazirlər Kabinetinə tapşırılır ki, sərəncamla təsdiq edilmiş Strategiyanın 2022−2025-ci illərdə icrası üzrə fəaliyyət planının layihəsini hazırlayaraq 2021-ci il iyulun 1-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.