MERİYA rəsmiləri ilə görüşmək istəyənlərin NƏZƏRİNƏ — CƏDVƏL

Meriya rəsmiləri ilə görüşmək istəyənlərin NƏZƏRİNƏ

Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə bu il aprel ayının 24-dən əhali ilə fəal görüşlər aylığına start verilir. Aylıq çərçivəsində paytaxt rayonlarında sakinlərlə “Açıq qapı” günləri keçiriləcək.

BŞİH-dən "AzerTaym.az"-a verilən xəbərə görə, sakinlərin mənzil-məişət, kommunal və digər problemlərinin bilavasitə yerlərdə öyrənilməsi və aradan qaldırılması, onların dövlət qurumları nümayəndələri ilə təmaslarını daha da yaxınlaşdırmaq məqsədilə keçirilən aylıq çərçivəsində təşkil olunan “Açıq qapı” tədbirləri təsdiq olunmuş qrafikə uyğun olaraq hər bir rayonun Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin binalarında və qəsəbə mədəniyyət evlərində keçiriləcək. 

Görüşlərdə Bakı Şəhər İcra Hakimiyyətinin məsul nümayəndələri, yerli icra strukturlarının rəhbərləri ilə yanaşı rayondakı təsərrüfat xıdmətlərinin, o cümlədən elektrik, təbii qaz, su və kanalizasiya, istilik idarələrinin rəhbərləri də iştirak edəcək, sakinləri ən çox narahat edən sual və problemlər dinləniləcək, araşdırılacar, aradan qaldırılması üçün tədbirlər görüləcək və sakinlərin sualları cavablandırılacaq. Görüşlərdə həm də bütünlükdə Bakı şəhəri və müvafiq rayonun ərazisində görülən və görülməsi nəzərdə tutulan işlər barədə vətəndaşlara məlumat veriləcək. 

2019-cu il aprel-may aylarında Bakı şəhər sakinlərinin problemlərinin həlli ilə bağlı yerlərdə keçiriləcək “Açiq qapı” tədbirləri barədə məlumat: 

 

 






Fikirlər