Azərbaycanın XALQ ARTİSTİ VƏFAT etdi
Azərbaycan Respublikasının xalq artisti Arif Məlikov 86 yaşında vəfat edib.
Bu barədə ONA-ya Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli məlumat verib.
Qeyd edək ki, Arif Məlikov 30 ildən artıq Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasına rəhbərlik edib, Bəstəkarlar İttifaqının idarə heyətinin üzvü olub.