Maliyyə Nazirliyində mühüm TƏYİNAT
Azərbaycan Respublikası Maliyyə Nazirinin əmri ilə Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Əmralı oğlu Yusifov Maliyyə Nazirliyinin Aparat rəhbəri təyin edildiyi bildirilir. Adının gizli qalmasını istəyən mənbənin “Marja”ya verdiyi məlumata görə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparat rəhbərinin vəzifələrini icra edən Adil Məmməd oğlu Əhmədovun Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun Sərəncamı ilə Nazirlər Kabineti Aparatının İşlər müdiri vəzifəsinə təyin olunub.