Akademikdən Xanhüseyn Kazımlının çıxışına münasibət: Nə demək istədiyi şəxsən mənə çatmadı - VİDEO
Nəsimi adına Dilçilik İnstitunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, deputat Xanhüseyn Kazımlının Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasındakı çıxışı zamanı nə demək istədiyini başa düşməyib. "Doğrusu elə bir şey anlamadım. Yəni kəsik bir hissə verilmişdi, mətləbin nədən getdiyini mən almadım. Bir dənə bildim ki, büdcə məsələsi və mən belə anladım ki, bizə gələnlər çox olur.
BAKU.WS xəbər verir ki, bu barədə o, İTV-də yayımlanan 3D proqramında Dadaş Dadaşlinskinin qonağı olarkən danışıb.
Təbii ki, bunlar sadə cümlələr idi. Orada demək yoxsa deməli sözləri tez-tez işlənirdi. Qırıq-qırıq belə, mənim üçün fikir tam aydın deyildi. Yəni, nə demək istədiyi şəxsən mənə çatmadı",-deyə akademik Möhsün Nağısoylu qeyd edi