Birinci vitse-prezident Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını TƏBRİK edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində 12 noyabr - Konstitusiya Günü münasibətilə xalqı təbrik edib. “Report”un məlumatına görə, Birinci vitse-prezidentin paylaşımında deyilir: “Əziz həmvətənlər! Sizi Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram. Arzu edirəm ki, Azərbaycanın uğurlu inkişafı davamlı olsun, ölkəmizdə daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün!”