Nazir İnterpola rəis TƏYİN ETDİ

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

 "AzerTaym.az" Oxu.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

 Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi, polkovnik Əlaslan Ağayev tutduğu vəzifədən azad edilib.

 Nazirin digər əmri ilə polkovnik Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifəsinə təyinat alıb.

 Qeyd edək ki, bir müddət əvvəl İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Mehman Təhməzov yaş həddi ilə bağlı vəzifəsindən azad edilərək təqaüdə göndərilib.






Fikirlər