Mədət Quliyev generala VƏZİFƏ VERDİ...
Müdafiə Sənayesi naziri Mədət Quliyev ehtiyatda olan generalı özünə müşavir təyin edib. "AzerTaym.az" unikal.org-a istinadən xəbər verir ki, Mədət Quliyevin müvafiq əmri ilə, ehtiyatda olan general-mayor Mehman Baxışov Müdafiə Sənayesi nazirinin müşaviri təyin olunub. Xəbəri Müdafiə Sənayesi nazirliyinin mətbuat katibi Yaşar İsakov təsdiqləyib. Qeyd edək ki, bu ilin oktyabr ayında ehtiyata buraxılan general-mayor M. Baxışov Müdafiə Nazirliyinin Müdafiə sənayesi idarəsinin rəisi vəzifəsində çalışıb.