Vilayət Eyvazov DYP rəisini işdən çıxardı
Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polis (DYP) bölməsinin rəisi Ramin Bağırov vəzifəsindən azad edilib. Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, R.Bağırov işdən çıxarılıb. Hələlik onun yerinə təyinat yoxdur. Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev faktı "Report"a təsdiqləyib.