Elmi-Tədqiqat Ağciyər İnstitutunda ölənlərin sayı 7-yə çatdı - RƏSMİ

Bu gün Elmi-Tədqiqat Ağciyər İnstitutunda 23 yaşlı kişi soyuqdəymədən ölüb.

 TƏBİB-dən Modern.az-a  bildirilib ki,  20 gün ərzində ev şəraitində soyuqdəymədən müəlicə alan 1977-ci il təvəllüdlü Bakı şəhər sakini ikitərəfli pnevmoniya, ağır gedişli, kəskin ağciyər-ürək çatışmazlığı diaqnozundan vəfat edib. 

 Hal pisləşdikdən sonra yanvarın 31-də saat 16-da olduqca ağır vəziyyətdə Elmi-Tədiqat Ağciyər Xəstəlikləri İnstitutuna müraciət edib. Xəstə ikitərəfli pnevmoniya, ağır gedişli, kəskin ağ ciyər-ürək çatışmazlığı ilə diaqnozu ilə kritik ağır vəziyyətdə birinci reanimasiya şöbəsinə yerləşdirilib. 

 Reanimatoloq və pulmanoloqun nəzarəti ilə intevsiv müalicə tədnbirlərinə baxmayaraq, xəstədə fevralın 1-də saat 06:30 bioloji ölüm qeyd olunub.

 Qeyd edək ki, yanvar ayının 15-dən indiyədək institutda ölənlərin sayı 7 nəfərə çatıb.

"AzerTaym.az"






Fikirlər