Baş Prokurorluq 17 yaşlı gəncin ÖLÜMÜ İLƏ bağlı MƏLUMAT YAYDI
Baş Prokurorluq Qusar sakininin ölümü ilə bağlı məlumat yayıb. Prokurorluqdan AzerTaym.az-a bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində Qusar rayonunun Hil kənd sakini, 2000-ci il təvəllüdlü Daşdəmirov Nəsrəddin Radik oğlunun guya ögey anası tərəfindən döyülərək aldığı xəsarətlərdən Qusar rayon xəstəxanasında vəfat etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar dərc edilib. Həmin informasiyalar Baş Prokurorluq tərəfindən qəti şəkildə təkzib olunur: "Bununla əlaqədar bildiririk ki, N.Daşdəmirov 2 oktyabr 2017-ci il tarixdə ağır vəziyyətdə “ağ ciyərlərin infiltrativ vərəmi, tənəffüs çatmamazlığı” diaqnozu ilə Bakı şəhərində yerləşən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna daxil olmuş və xəstəyə müvafiq tibbi yardımların göstərilməsinə baxmayaraq 3 oktyabr 2017-ci il tarixdə orada vəfat edib. Faktla bağlı Nizami rayon prokurorluğunda tam, hərtərəfli və obyektiv araşdırma aparılıb, zəruri prosesual hərəkətlər yerinə yetirilib, o cümlədən məhkəmə-tibbi ekspertizası təyin edilib.