Karantin rejimi deputatın şəxsi maşınına da şamil edilməyəcək

"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" dəyişiklik layihəsi III oxunuşda Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

 "AzerTaym.az" modern.az-a istinadən xəbər verir ki, sənədə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar ölkə ərazisində sərbəst hərəkətə qoyulan məhdudiyyətlər deputatla bərabər, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə də şamil edilməyəcək.

 Xatırladaq ki, I oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər yalnız deputata şamil edilməyəcəkdi.

 Sənəd səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.






Fikirlər