Milli Məclis “Reklam haqqında” qanunu qəbul etdi
Modern.az saytının verdiyi xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib. O, “Reklam haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib ki, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov tərəfindən dövlət atributlarına hörmət olunması ilə bağlı maddə əlavə edilib:
“Milli Məclisin sədri Oqtay Əsədov isə qanunda reklam fəaliyyətində dövlət nəzarətinin gücləndirilməsi ilə bağlı təkliflərini bildirib. Bir sıra nazirliklərin təklifləri də nəzərə alınaraq müzakirəyə çıxarılıb və qanun layihəsinə əlavə edilib”.
Sonda qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib. Spiker Oqtay Əsədov bu qanun layihəsinin qəbuluna görə deputatları təbrik edib.