AĞDABAN FACİƏSİ ilə bağlı bəyanat BMT sənədi kimi YAYILDI

 AĞDABAN FACİƏSİ

Ermənistanın işğalçı qüvvələri tərəfindən Kəlbəcər rayonunun Ağdaban kəndində azərbaycanlı dinc əhaliyə qarşı törədilmiş qırğının 28-ci ildönümü ilə əlaqədar Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat verib.
"AzerTaym.az" gununsesi.org-a istinadən bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva özünün “Twitter” hesabında bildirib.
Məlumata görə, sənəd BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb.
 
Kəlbəcərin işğalından bir il öncə erməni silahlı birləşmələri tərəfindən törədilmiş Ağdaban faciəsi Ermənistanın Azərbaycana təcavüzünün ən qanlı səhifələrindən biridir.
Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ sahilində, Ağdaban dağının yamacında, Murovdağ silsiləsinin cənub ətəyində, rayon mərkəzindən 36 kilometr şimal-şərqdə yerləşir.
1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri Dağlıq Qarabağdakı separatçı erməni quldur dəstələrinin köməyilə Ağdaban və Çayqovuşan kəndlərinə hücum ediblər. Hücumdan xəbərsiz olan kənd əhalisi başıaçıq-ayaqyalın qarla örtülü meşələrə, dağlara dağılıb. Kəndləri müdafiə edən kiçik dəstə ermənilər tərəfindən məhv edildiyindən əhali müdafiəsiz qalıb. Erməni daşnakları Ağdaban kəndinə soxularaq, 130-dan çox evi tamamilə yandırıblar, 779 nəfər dinc sakinə divan tutublar. Onlar yaşlı, qoca, qadın, uşaq demədən dünyada görülməmiş ən qəddar üsullarla dinc əhalini qətlə yetirərək soyqırım aktı törədiblər.
Bu faciə zamanı 32 nəfər amansızcasına qətlə yetirilib, səkkiz nəfər 90-100 yaşlı qoca, iki nəfər azyaşlı uşaq, yeddi nəfər qadın diri-diri odda yandırılıb. Həmçinin, iki nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib, beş nəfər isə girov götürülüb.






Fikirlər