GENERAL məhkəmə qarşısına ÇIXARILDI
Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanıılan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisinin müavini, general-leytnant Əfqan Nağıyev və onun birgə tutulan digər vəzifəli şəxslər bu gün məhkəmə qarşısına çıxarılıb. "AzerTaym.az" modern.az-a istinadən xəbər verir ki, hazırda Binəqədi rayon Məhkəməsində istintaq orqanının həmin şəxslərin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verdiyi təqdimata baxılır. Nəticədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini, general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar.
Xatırladaq ki, mayın 13-də Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxsləri ilə bağlı əməliyyat keçirib.