Sabir Rüstəmxanlı su problemindən danışdı: “İnsanlar içməyə SU tapmır”
“Neftçalada heyvanların belə su içməsi mümkün deyil”.
Gununsesi.org xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Sabir Rüstəmxanlı deyib.
O bildirib ki, Kür çayının səviyyəsi enir və ona dəniz suyu qarışır. “Nəticədə, su şoranlaşır. Heyvanlar susuzluqdan qırılır, bostanlar quruyur. İnsanlar içməyə su tapmır”.
Millət vəkili qeyd edib ki, Kür çayından Neftçalaya içməli suyun verilməsi üçün boru çəkilməsi nəzərdə tutulurdu, bunun üçün 5 milyon manat ayrılmışdı: “Ancaq həmin su kəməri çəkilmədi. Neftçalada su problemi ilə bağlı həyəcan təbili çalıram. Bu gün problemdən çıxış yollarından biri də dəniz suyunun şirinləşdirilməsidir”.