İrəvan Bakını qorxu ilə izləyir... – F-16-lar havaya qalxdı, ORDU HƏRƏKƏTƏ KEÇDİ
Azərbaycan və Türkiyə ordusunun birgə genişmiqyaslı hərbi təlimləri Ermənistanda qorxu ilə izlənilir.
Publika.az xəbər verir ki, Ermənistanın müdafiə naziri David Tonoyan hərbi təlimləri “diqqətlə izlədikləri”ni açıqlayıb.
Xüsusilə təlimlərin keçirildiyi yerlər Ermənistanın təşvişini artırıb.
Tonoyan Fransanın Ermənistandakı səfiri Conatan Lokatla görüşdə ona şikayət edib. Erməni nazir gərginliyin azaldılması və sülh danışıqlarının davam etdirilməsi üçün Minsk qrupunun rolunu xatırladıb.
Erməni hərbi birləşmələrinin dünən gecə boyunca cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozması da bu qorxudan qaynaqlanır.
İyulun 29-da başlanan Azərbaycan-Türkiyə hərbi təlimləri 10 avqust tarixinə qədər davam edəcək.
Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, eləcə də hərbi aviasiya və hava hücumundan müdafiə sistemləri cəlb olunub. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.
Təlimlərdə Türkiyənin F-16 döyüş təyyarələrinin də iştirakı işğalçı ölkənin qorxularını artıran əsas səbəblərdən biridir.