Melioratorlar gərgin və səmərəli iş rejimi şəraitində PREZİDENTİN Etimadını DOĞRULDURLAR! -ÖZƏL
Bütün dünya artıq altı aydır ki, COVİD – 19 virusunun yaratdığı problemlər fonunda varlığını sürdürməyə davam edir. Dünyaya və onun gələcəyinə nə qədər də təsəlli və nikbin baxmağa çalışsaq da, onun dəhşətli bir sınaqla qarşı – qarşıya qaldığını inkar etmək doğru olmazdı. Bu eyni zamanda hər bir dövlətin öz vətəndaşı qarşısında imtahanıdır. Əslində bu böhranla yanaşı biz özünəməxsus bir tarixi mərhələni də yaşayırıq. Xalq problemlərini birbaşa prezidentin dilindən eşidir və ölkənin ayrı – ayrı sahələrinə rəhbərlik edən nazirlərdən, komitə sədrlərindən, yerli özünüidarəetmə orqanlarından hesab sorulur. Azərbaycan pandemiya dövründə müstəqillik tarixinin ən ciddi kadr islahatına getdi. Dünya təcrübəsində bu tip dəyişikliklər və islahatlar siyasi – iqtisadi böhranlarla müşaiyət olunduğu halda ölkəmizdə bu proses sakit və uğurla baş verdi. Bunun səbəbi prezidentin ölkə əhalisinin istək və arzularının nəzərə alması, aldığı qərarların onlarla üst – üstə düşməsi oldu. Bu gün əvvəllər “toxunulmaz” hesab etdiyimiz iri məmurlar – nazirlər, icra başçıları və digər iri məmurlar törətdikləri əməllərə görə cavab verir, onların korrupsiya və cinayət əməlləri ifşa olunur, ən əsası isə xalqdan oğurladıqları geri qaytarılır. Son bir ildə müxtəlif sayda nazirlik,komitə,dövlət xidməti orqanları,icra hakimiyyətlərinin korrupsiya və cinayət əməlləri məhz prezident tərəfindən xalqa bildirildi və bu proses bu gün də davam etdirilir. Bir sıra nazirlik və komitələrdə, icra hakimiyyətlərində ciddi yoxlanışlar gedir, lakin bu da bir qaçılmaz faktdır ki, ölkə rəhbərliyi pandemiyanın yaratdığı problemləri həll etmək və ölkəni normal həyat ritmində saxlamaq üçün bütün gücünü səfərbər edir. Bu istiqamətdə görülən işlərin başında ölkənin ərzaq təminatı gəlir. … Bəlkə də bir çoxlarının nəzərindən qaçan xırda bir detalı sizlərə xatırlatmaqla yazımıza davam etmək doğru olardı. Bu gün bazarlarda,market və satış nöqtələrində satılan kənd təsərrüfatı məhsullarının demək olar ki, əksəriyyəti yerli, yəni ölkəmizdə becərilir və istehsal olunur. Bu faktdır və hər birimiz bunun şahidiyik. Müqayisə üçün deyək ki, bu gün qardaş Türkiyə belə kənd təsərrüfatı məhsullarının yarıdan çoxunu ixrac edir. Region dövlətlərinin demək olar ki, hamısında vəziyyət oxşardır. Bu ilin əvvəlində daha sonra isə pandemiya zamanı prezident İlham Əliyev qısa fasilələrlə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə təkcə bu il bu günə qədər quruma 52 milyon manat vəsait ayrılıb. Nəticə göz qabağındadır – bu gün kənd təsərrüfatı məhsulları ölkə əhalisi tələbatını demək olar ki, tam şəkildə ödəyir. Prezident İlham Əliyevin pandemiya dövründəki apardığı meliorasiya siyasəti fasiləsiz olaraq davam edir. İyun və iyul aylarında Ağstafa rayonunun Muğanlı kənd əhalisinin suya olan tələbatını həll etmək üçün Meliorasiya və Su Təsərrüfatına 2,5 milyon manat, Ağsu rayonundakı analoji problemləri həll etmək üçün isə 3,3 milyon manat eyni qurumun hesabına köçürülüb və.s Bütün bunlar ölkə prezidentinin bu sahəyə diqqət və qayğısı ilə yanaşı, Meliorasiya və Su Təsərrüfatı Açıq Cəmiyyəti kollektivinin prezidentin etimadını qazanması, onun bu ağır pandemiya dövründə apardığı sosial – iqtisadi siyasətinin tələblərinə cavab verməsini xüsusi olaraq qeyd etmək lazımdır. Əhalinin içməli və əkin suları ilə təmin edilməsi prezident İlham Əliyevin üstünlük verdiyi ən prioritet sahələrdən biridir. Su təsərrüfatı və meliorasiya işçilərinin əməyinə böyük qiymət verən dövlət başçısı bu günün miqyasını daha da genişləndirərək iyunun 5-nin “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunması barədə 2014-cü il 14 may tarixli yeni Sərəncam imzalayıb. Bu sərəncamın imzalanması su təsərrüfatı və meliorasiya işçiləri tərəfindən böyük coşqu və minnətdarlıqla qarşılanmış, onları öz gərgin və şərəfli işlərinə daha da həvəsləndirmişdir. Ümumiyyətlə, bu illərdə 200 min hektara yaxın yeni suvarılan torpaqlar kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib, 400 min hektara yaxın suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılıb, 825 min yektar sahədə suvarma sistemləri yenidən qurularaq onların su təminatı artırılıb, 460 min hektar sahədə əsaslı hamarlama və 150 min hektar sahədə əsaslı yuma işləri aparılıb, texniki cəhətdən mükəmməl irriqasiya və meliorasiya sistemləri yaradılıb. Ulu Öndərin siyasi xəttini uğurla reallaşdıran Prezident İlham Əliyev də bu sahənin inkişafına xüsusi diqqətlə yanaşır. Məhz bu diqqət və qayğı nəticəsində son illərdə bir sıra uğura imza atılmışdır. Belə ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən bütün maliyyə mənbələri hesabına 2004-2019-cu illərdə 4,4 min kilometr uzunluğunda suvarma kanallarının, 3 min kilometr uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi,yenidənqurulması və bərpası, 443 min hektar sahədə torpaqların su təminatının və 286 min hektar sahədə meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilib, 194 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilib. Mövcud torpaq mühafizə bəndlərinin 800 kilometrdən artıq hissəsi əsaslı surətdə hündürləndirilib və möhkəmləndirilib, çaylarda sel və daşqınlara qarşı 190 kilometr muhafizə tədbirləri həyata keçirilib, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 2618 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilib. Ümumi sutututmu 456 milyon kubmetr olan 4 su anbarı (Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə) tikilmiş, eləcə də ümumi sutututmu 15,5 milyon kubmetr olan 3 su anbarı isə (Pirsaatçay, Zoğalavaçay, Ləvain) təmir-bərpa edilib. 90–cı illərdə dağıdılmış suvarma sistemləri vaxtilə Ulu Öndərin,bu gün də dövlət başçısı İlham Əliyevin birbaşa yüksək təşkilatçılığı sayəsində yenidən bərpa olunub və daha da müasir hala gətirilib.Ölkəmizdə yerləşən antropogen göllərdən su kanalları və anbarlara su vurulması prosesi uğurla aparılır. Bu nəhəng layihələrin uğurla başa çatdırılmasına cavabdeh olan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin əməyi isə daim ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. Azər N. Abdul.