Sabiq müdafiə naziri RƏHİM QAZIYEV : - "39 ildir yaşadığım mənzilimi özəlləşdirə bilmirəm!"

 

Sabiq müdafiə naziri RƏHİM QAZIYEV :

Dövlət Əmlak Komitəsinin Bakı Ərzai İdarəsi keçmiş müdafiə naziri Rəhim Qazıyevin son 39 ildə daimi yaşadığı mənzilinə (Bakı şəhəri, Mətbuat prospekti 18/7, mənzil 32) özəlləşdirmə sənədi vermir.

Bu barədə keçmiş müdafiə naziri Rəhim Qazıyev oktyabrın 8-də mənzilində keçirdiyi mətbuat konfransında bildirib.

“Mənim ailəm bu mənzilə 39 il əvvəl köçüb və daimi burada yaşamışıq. Mənzilin birinci sahibi mənəm. Bina o vaxtlar müəllim işlədiyim Azərbaycan Politexnik İnstitutu tərəfindən koopretiv yaradılaraq tikilib. Binada yaşayan ailələrin demək olar ki, hamısı mənzillərinə özəlləşdirmə sənədləri alıb”, o qeyd edib.

Keçmiş müdafiə naziri bu il aprelin 28-də mənzilinin özəlləşdirilməsi ilə bağlı sənədləri Asan Xidmətin Yasamal rayonu ərazisində yerləşən şöbəsinə təhvil verib.

“Mən dövlət risumunu ödədim və dedilər ki, mayın 20-də özəlləşdirmə ilə bağlı sənədi alacam. Mayın 20- orada bildirdilər ki, Əmlak Komitəsinin Bakı Ərazi İdarəsində Xudaverdiyev sənədlərimi saxlayıb. Sonra yenidən Asan Xudmətə müraciət etdim, dedilər Xudaverdiyev mənim mənzilimin sənədlərini qəbul etmir. İyunun 8-də Azərbaycan prezidnetinə teleqram vurdum. Məni Prezident Administrasiyasında qəbul etdilər və məsələnin həll olunacağını dedilər. Bu gün oktyabrın 8-dir, hələ də problem həll edilməyib”, o qeyd edib.

Qazıyev indiyədək prezidentin ünvanına 10 məktub da yazıb, ancaq heç birinə cavab almayıb.

“Hesab edirəm ki, bu məsələdən prezidentin də xəbəri var. Yenə də prezidentə müraciət edirəm ki, problemin həllinə kömək etsin”, keçmiş nazir deyib.

Rəhim Qazıyev 17 mart 1992-ci ildən 18 fevral 1993-cü ilədək Azərbaycanın müdafiə naziri olub.

1993-cü il sentyabrın 1-də Rəhim Qazıyevin barəsində cinayət işi başlanır və deputat toxunulmazlığına xitam verilir. 21 noyabr 1993-cü ildə həbs edilir və Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasına yerləşdirilir.

1994-cü il sentyabrın 21-dən 22-nə keçən gecə Qazıyev MTN-in təcridxanasından qaçmağa nail olur.

1995-ci il mayın 12-də keçmiş nazir üç maddə ilə (külli miqdarda dövlət əmlakını talamaq, vəzifə səhlənkarlığı və qanunsuz silah gəzdirmə) təqsirkar bilinərək Ali Məhkəmənin hökmü ilə qiyabi ölüm hökmünə məhkum edilir.

O 1996-cı il aprelin 13-dən 14-nə keçən gecə yenidən həbs edilərək həbsxanaya qaytarılır.

Avropa Şurasının tələbi ilə 2002-ci il mayında yenidən məhkəmə keçirilməsinə nail olur. İki ilə yaxın davam edən məhkəmənin 26 dekabr 2003-cü il tarixli hökmü ilə Qazıyev 15 il azadlıqdan məhrum edilir.

2005-ci il martın 20-də prezident İlham Əliyevin fərmanı ilə əhfv edilib (“Amerikanın səsi”).

 






Fikirlər