Bundan sonra Türkiyəyə yalnız şəxsiyyət vəsiqəsi ilə gedəcəyik
Azərbaycan və Türkiyə vətəndaşları bundan sonra viza sənədi və xarici pasport olmadan hər iki ölkəyə səyahət edə biləcəklər. “AzerTaym.az" qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramovla Mövlud Çavuşoğlu protokol imzalayıb. Yaxın zamanda ölkələr arasında gediş-gəliş yalnız şəxsiyyət vəsiqəsi ilə mümkün olacaq.