Generallar Rövşən Əkbərov və Xəqani Cəbrayılov ehtiyata buraxıldı ...
Azərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov vəzifələrindən azad ediliblər. APA-nın məlumatına görə, bu barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmr imzalayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Nazirlikdən bildirilib ki, hər iki general ehtiyata buraxılıb.