Hindistan vaksin istehsalında Çini üstələyəcək - Proqnoz

Hindistan vaksin istehsalında Çini üstələyəcək - Proqnoz

“Dünya miqyasında koronavirusla mübarizə davam edir və bu mübarizə getdikcə beynəlmiləl xarakter almağa başlayıb. Çünki ümumilikdə bəşəriyyyət virusdan xilas olmalıdır. Keçən ilin əvvəlində koronavirus yayılmağa başladıqda peyvənd mövzusu hələ yeni müzakirə edilirdi. O da deyilridi ki, peyvəndin icadı ən azı bir il çəkəcək. Elə də oldu. Rusiya, Çin, ABŞ, Almaniya və Hindistan peyvənd çalışmalarına və testlərə 1 ilə yaxın vaxt sərf etdilər. Hazırda peyvəndlənmənin sürəti artıb. Buna baxmayaraq, BMT-nin hesablamalarına görə bir qrup kasıb ölkə hələ də peyvəndlənmədən kənarda qalıb. Bu ona görə baş verir ki, peyvəndlənmə birinci növbədə peyvəndi icad edən ölkədə tətbiq olunur, daha sonra pulu ödənilən ölkələrə çatdırılır. Misal üçün Braziliya Rusiya peyvəndini almaq üçün birinci mərhələdə 200 milyon dollar xərcləyəcək”.

Yenisabah.az xəbər verir ki, bu barədə  “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, peyvəndlərin istehsal gücü artdıqca vaksinlər kasıb ölkələrə də çatdırılacaq:

“Hindistanın baş naziri Narendra Modi hələ keçən Cənub Asiya Ölkələri Assosiasiyasına üzv ölkələrin (Hindistan, Pakistan, Əfqanıstan, Butan, Maldiv, Nepal, Şir-Lanka) liderləri ilə keçirdiyi videokonfransda pandemiya ilə mübarizədə tərəfdaşları əməkdaşlığa çağırmışdı. Dünya əhalisinin 20 faizinin Cənubi Asiya Ölkələri Assosiasiyasına üzv ölkələrində yaşadığını nəzərə alaraq bu çağırışı əhəmiyyətli saymaq olar. Maraqlıdır ki, Hindistanla arasındakı gərgin münasibətlərə baxmayaraq, videokonfransda Pakistan təmsilçisi də iştirak edirdi. Birgə mübarizə çağırışı edilən zaman koronavirus bu bölgədə hələ ölüm saçmırdı, ötən ilin bu vaxtı 150 nəfərin xəstəliyə yoluxduğu və iki nəfərin öldüyü bildirilirdi. Ancaq aylar keçdikcə vəziyyət dəyişdi və Cənubi Qsiyada yoluxanlarla ölənlərin sayı sürətlə artmağa başladı. Cənubi Asiya bölgəsinin bir sıra ölkəsinin resursları da yoxdur ki, virusla effektiv mübarizə apara bilsin. Bu vəziyyətdə Hindistan qonşu ölkələrə yardım edəcəyini bildirdi. Dehli koronavirusla birgə mübarizə fonduna 10 milyard dollar ayıracağını vurğuladı. Bu fondun imkanlarından cənubu asiya ölkələri istifadə edə bilərdilər. Üzv ölkələr arasında növbəti videkonfrans bir neçə gün əvvəl keçirilib. Hindistanın artıq bir neçə peyvəndi var və bunları müxtəlif ölkələrə və təşkilatlara göndərir.  Misal üçün Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar BMT sülhməramlıları üçün 200 min vaksin göndərdiyini açıqlayıb. Bundan başqa Hinidstanın vaksini 25 ölkəyə göndərilib və 49 ölkəyə göndəriləcək”. 

Politoloqun fikrincə, əslində Rusiyanın icad etdiyi “Spitnik V” peyvəndinin tərkibində Hindistanın dərman zavodlarında istehsal edilən kimyəvi elementləri var:

 

“Bəllidir ki, dünya dərman istehsalının və dərmanlar üçün lazımi maddələrin böyük hissəsi Hindistanın payına düşür. Buna görə də Rusiya bu il “Sputnik V” peyvəndinin böyük hissəsini Hindistanda istehsalına qərar verib. Həqiqətən əgər peyvənd üçün əsas kimyəvi maddələr Hindistandan alınırsa, ən yaxşısı elə peyvəndin də həmin ölkədə kütləvi istehsalını təmin etməkdir. Beləliklə, yaxın aylarda Rusiya yüz milyonlarla peyvəndi məhz Hindistanda istehsal edəcək. Hindistan Rusiya ilə münasibətləri gərgin olan Ukraynanı da unutmayıb. Ukraynanın səhiyyə naziri Maksim Stepanovun sözlərinə görə, Hindistan Ukraynaya artıq milyon yarım vaksin preparatı göndərib. Vaksinlər təyyarələrlə Hindistanın Mumay şəhərindən İstanbula, oradan da Kiyevə çatdırılıb. Vaksin istehsalında Hindistanın bir çox ölkəni üstələyəcəyini beynəlxalq təşkilatlar da təsdiqləyir. Müxtəlf hesablamalara görə, Hindistan yalnız bu il 3.5 milyard peyvənd istehsal edəcək. Bu o deməkdir ki, Hindistan istehsalı olan vaksinlərdən üçüncü ölkələr də yararlana biləcək. Hindistan istehsalı olan vaksinlərin qiymətinin də digərləri ilə müqayisədə ucuz olacağı və ünvanlara çatdırılacağı da asan başa gələcək”.






Fikirlər