Hindistanın Baş naziri Narendra Modi ilin adamı seçildi

Hindistanın Baş naziri Narendra Modi ilin adamı seçildi Hindistanın Baş naziri Narendra Modi “Time” dərgisinin oxucuları tərəfindən ilin adamı seçildi.

Səsvermə "TIME.com"da yaradılan portal istifadəçiləri arasında keçirilib. Modi verilən beş milyon səslərin təxminən 16 % - ini toplayaraq zirvəyə yüksəlib. Səsvermədə oxucuların verdiyi səsə önəm versələr də həlledici rol oynamır.
İlin adamı seçməkdə əsas qərar bu dərginin redaktorları tərəfindən verilir.

Hindistanda may ayında keçirilən president seçkiləri kampaniyasında ölkə iqtisadiyyatını canlandıracağına söz verən və 15-ci president seçilən Narendra Modi, milliyətçi “Bharatiya Janata Partiyası” nin lideridir. Səsvermədə, Ferguson-daki nümayişçilər ikinci sirada yer alır. ilk beşlikdə isə Hong Kong-daki nümayişlərin lideri Joshua Wong, Pakistanlı qadın hakkları üçün mübarizə aparan Malala Yusufzay və Qərbi Afrikada Ebolanı müalicə eden həkimlər və tibb bacıları yer alır.

Xatırladaq ki keçən il Time dərgisi Papa Franciscusi ilin adamı seçmisdi.

Dərginin 1927 ilindən bəri bu ünvanı verdiyi məşhurlar arasında Mahatma Gandi, Adolf Hitler, Şahzadə Elizabeth, Martin Luther King Jr., ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putin də var.






Fikirlər