Adil Əliyev seçicilərlə görüşlərini davam etdirir - FOTO



Azərbaycan Respublikası Milli Məclisinə 20 saylı Nərimanov II Seçi Dairəsindən millət vəkilliyinə namizəd Adil Əliyevin seçicilərlə görüşlərini davam etdirir.
 "AzerTaym.az"  AzNEWS.az-a istinadən xəbər verir ki, namizəd bu gün Azərbaycan Kooperasiya Universitetinin qarşısında seçiciləri ilə görüş keçirib. Görüşdə seçki qərargahının üzvləri, rayon ağsaqqalları, rayon ictimaiyyəti nümayəndələri,Əfqanıstan və Qarabağ veteranları iştirak ediblər. 
Azərbaycan Respublikasının Milli Qəhrəmanı Zabit Quliyev, Ağsaqqal Şurasının özək sədri Zakir Rzayev, Azərbaycan Respublikasının İstanbuldakı sabiq baş konsulu Xeyrəddin Qoca, Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Rasim Məmmədov çıxış edərək Adil Əliyevə dəstək verəcəyini bəyan ediblər. 
Adil Əliyev çıxışında seçki təbliğatının uğurla aparıldığını və qələbə qazanacağını əmin olduğunu vurğulayıb:
“Hazırda ictimaiyyət və seçicilər tərəfindən böyük dəstək görürəm. Seçicilərim məni üçünçü dəfə parlamentdə görmək istəyirlər. İnanırıram ki,onların etimadını hər zaman olduğu kimi bu dəfə də doğruldacam ”. 
Namizəd Azərbaycanın qazandığı uğurlarından da söz açıb.
“Azərbaycan beynəlxalq tədbirlərin və yarışların mərkəzinə çevrilib. Ölkəmiz dünyada tanınır. Bu isə bizi istəməyən qüvvələrin maraqlarına sərf etmir”,deyə A.Əliyev əlavə edib. 






 






Fikirlər