SAVAŞIN 11-ci GÜNÜ: Əliyev Putinlə danışdı, ermənilər HƏR ŞEYİ ETİRAF ETDİ...
Publika.az Ermənistan silahlı qüvvələrinin təxribatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları ilə bağlı "Müharibənin bu günü" xronikasını təqdim edir: 7 oktyabr 2020-ci il. Müharibənin 11-ci günü... Saat - 00:31 - Ermənistan Goranboyu qadağan olunmuş silahdan atəşə tutdu Ermənistanın Goranboy ərazisində yerləşən kəndlərə kaset bombaları atması ilə bağlı iki hadisə qeydə alındı. Ötən ilin bu günü bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məlumat yaydı. Saat - 08:24 - Ermənistan itkilərini qismən ETİRAF ETDİ Ermənilər daha 21 hərbçilərinin Azərbaycan tərəfindən zərərsizləşdirildiyini açıqladılar. Bununla da Ermənistan tərəfindən rəsmi olaraq ölən hərbçilərin sayı 178-ə çatdı. Saat - 09:00 - Cəbhədə şiddətli DÖYÜŞ: Düşmən mülki əhalini atəşə tutdu Ermənistan silahlı qüvvələrinin bölmələri qəsdən və məqsədyönlü şəkildə Tərtər şəhərini və ətraf kəndləri yenidən artilleriya atəşinə tutdu, dinc sakinləri hədəf aldı. 2020-ci il oktyabrın 7-si səhər saatlarından başlayaraq ermənilər şəhərin ərazisinə bir neçə top mərmisi atdı, nəticədə yaşayış evlərinə, mülki obyektlərə ziyan dəydi. Saat - 09:07 - Düşmənin çoxlu sayda canlı qüvvəsi və texnikası məhv edildi Müdafiə Nazirliyi məlumat yayaraq bildirdi ki, ötən gün düşmənə endirilən artilleriya zərbələri nəticəsində 5-ci alayın müdafiə sahəsində komanda müşahidə məntəqəsi sıradan çıxarılıb. Çoxlu sayda ölən və yaralanan olub. Artilleriya zərbəsi ilə düşmənin müdafiə sahəsində 1 ədəd tankı və 3 topu sıradan çıxarılıb. Saat - 00:13 - İşğaldan azad edilmiş Şükürbəylidən GÖRÜNTÜLƏR YAYIMLANDI Müdafiə Nazirliyi erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Şükürbəyli kəndindən görüntülər yaydı. Saat - 10:31 - Ermənilər rayonlarımızı atəşə tutdu Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndləri atəşə tutuldu. Saat - 11:15 - Azərbaycan Ordusu Xankəndidə hərbi obyektləri bombaladı "Azərbaycan Ordusu Xankəndidə yalnız hərbi obyektləri bombalayır". Ötən ilin bu günü bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev danışdı. Saat - 11:13 - Ermənistan cəbhədəki yeni itkilərini açıqladı Ermənistan Müdafiə Nazirliyi məhv edilən əsgərlərinin 40-nın siyahısını yaydı. Bununla da Ermənistan MN Qarabağda zərərsizləşdirilən əsgərlərinin 280-nin adını açıqlamış oldu. Saat - 11:37 - Ermənistanın itkiləri açıqlandı - RƏQƏMLƏR 2020-ci il sentyabrın 27-dən oktyabrın 7-si saat 05.30-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir: 250-dək tank və digər zirehli texnika; 270-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatan; 60-dək hava hücumundan müdafiə vasitələri; 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi; 8 silah-sursat anbarı; 150-dək avtomobil texnikası; 1 ədəd “S-300” zenit-raket kompleksi. Saat - 12:15 - İlham Əliyev Putinə ZƏNG ETDİ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il oktyabrın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng etdi. Saat - 12:39 - Britaniya parlamentinə erməni işğalı ilə bağlı qətnamə təqdim olundu Böyük Britaniya parlamentinin İcmalar Palatasında Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə qətnamə təqdim edildi. Saat - 12:42 - Ermənilər öz tanklarını vurdular Düşmənin 3 tankından ibarət tank kolonu gecə vaxtı Xankəndidən çıxaraq ön xəttə doğru irəlilədi. Lakin ön xətt bölmələrinə çatmadan zirehli texnika kolonu öz artilleriya bölmələrinin atəşinə məruz qaldı. "Dəqiq" zərbə ilə 1 tank ekipajla birlikdə tamamilə məhv edildi, qalanları isə sıradan çıxarıldı. Saat - 13:05 - Ermənilərin təxribatı nəticəsində daha bir mülki şəxs həlak oldu İşğalçı ölkənin silahlı qüvvələrinin Ağdam rayonunu müxtəlif istiqamətlərdən atəşə tutması nəticəsində rayonun Xındırıstan kəndi ərazisində yaşadığı evə mərmi düşməsi nəticəsində kənd sakini 1945-ci il təvəllüdlü Əliyeva Zərifə Qamboy qızı həlak oldu. Saat - 13:44 - İşğaldan azad edilən Şəybəy kəndindən GÖRÜNTÜLƏR YAYIMLANDI Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad olunan Cəbrayıl rayonunun Şəybəy kəndinin görüntülərini yaydı. Saat - 14:50 - Ermənilər Tərtər və Füzulini yenidən atəşə tutdu Saat - 16:57 - İşğal altındakı ərazilərdə çalışan şirkətlərə cinayət işi açıldı Bu barədə Baş Prokurorluq məlumat yaydı. Saat - 17:16 - Ordumuz yeni ərazi AZAD ETDİ 2020-ci ilin 7 oktyabr günü ərzində Azərbaycan Ordusu müəyyən olunan istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizlədi. Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər döyüş vasitələri məhv edildi. Saat - 17:34 - Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verdi Saat - 19:12 - Ordumuz ermənilərin hərbi avtomobil karvanını ƏLƏ KEÇİRDİ Saat - 19:24 - Ermənilər 30 mülki şəxsi qətlə yetirib, 143 nəfəri yaraladı Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yaydı. Bildirildi ki, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində oktyabrın 7-nə qədər 30 mülki şəxsi qətlə yetirilib, 143 nəfəri isə yaralanıb. Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 66, yaşayış evlərinin sayı isə 427 olub. Saat - 20:33 - Azərbaycan Prezidenti "CNN-Türk"ə müsahibə verdi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin oktyabrın 7-də "CNN-Türk" televiziyasına müsahibə verdi. Saat - 21:13 - Ali Baş Komandan operativ müşavirə keçirdi 2020-ci il oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində oldu. Müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirildi. Saat - 21:48 - Qarabağdakı PKK terrorçularının Şimali İraqla əlaqəsi AŞKARLANDI Saat - 22:00 - Prezident münaqişə ilə bağlı Rusiya, İran və ABŞ-ın mövqeyini ŞƏRH ETDİ Azərbaycan Prezidenti İlham Əliyev "CNN-Türk" televiziyasına müsahibəsində Rusiya, İran və ABŞ-ın münaqişə ilə bağlı tutduqları mövqeyi şərh etdi. Saat - 22:48 - Düşmənə məxsus PUA MƏHV EDİLDİ 2020-ci il oktyabrın 7-si saat 22:00 radələrində Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Ermənistan-Azərbaycan dövlət sərhədinin Ağstafa rayonu sahəsində uçuş keçirməyə cəhd göstərdi. Müdafiə Nazirliyi məlumat yayaraq bildirdi ki, Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunan düşmən PUA-sı dərhal məhv edilib. Saat - 23:59 - Ordumuz düşməni darmadağın etdi 2020-ci il oktyabrın 7-si gün ərzində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlər zamanı Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində düşmən xeyli itki verdi. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda qeyd olundu ki, qoşunlarımızın atəşi nəticəsində düşmənin 10-dək tankı, 6 ədəd D-20 topu, 1 ədəd "Akasiya" özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib. 1-ci və 7-ci alayın müdafiə sahələrində yerləşən bölmələrin bir qrup əsgəri döyüş mövqelərini özbaşına tərk edərək fərarilik ediblər