“Tərtər İşgəncələri” Rusiyanın sifarişi ilə baş verib - DTX bu işi təkbaşına araşdırmalıdır
Şərq-Qərb araşdırmalar mərkəzinin rəhbəri, təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu “Tərtər İşgəncələri” ilə bağlı Baş Prokurorluq DİN və DTX-dan ibarət istintaq qrupunun yaradılmasına münasibət bildirib.
Gununsesi.info-ya açıqlamasında Ərəstun Oruclu bildirib ki, “Tərtər İşgəncələri” elə bir məsələdir ki, bunu ayrıca Dövlət Təhlükəsizlik Xidməti araşdırmalıdır: “”Tərtər İşgəncələri” bir başa xarici kəşfiyyat orqanlarının xüsusilə Rusiyanın istəyi ilə baş verib ortada böyük bir cinayət hadisəsi var. İnsanlar ölüb, insanlar günahsız yerə həbs olunub. Ona görə də, hesab edirəm ki DTX bu məsələni təkcə araşdırarsa ciddi nəticəyə nail ola bilərik”.
“Tərtər İşi”ndə zərərçəkənlərdən biri olan keçmiş çavuş Elnur Fərzəliyev isə ümid edir ki, yeni istintaq qrupunun yaradılması müsbət nəticə verə bilər. Onun sözlərinə görə,DTX-nin bu prosesə cəlb olunması onda bu ümidi yaradıb: “Mən Əli Nağıyevi şəxsən tanımıram, amma onun haqqında eşitmişəm ki, çox qeyrətli və peşəkar insandır. Əgər DTX bu prosesə qatılırsa müsbət nəticə əldə etmək olar”.