RUSİYANIN QIRICI TƏYYARƏLƏRİ VƏ HELİKOPTERİ BELƏ VURULDU - Yeni VİDEOLAR (Yenilənib)
"AzPolitika.info" Ukrayna mediasına istinadla xəbər verir ki, Kiyev şəhərinin ətrafındakı yaşayış məntəqlərində şiddətli döyüşlər gedir. Belarus sərhədlərindən daxil olan Rusiya ordusu paytaxın 15 kilometrliyində olan Qostomel şəhərinə hərbi helikopterlər vasitəsi ilə desant atıb. Hazırda bu istiqamətdə şiddətli döyüşlərin getdiyi bildirilir. Ukrayna mənbələru bu istiqamətdə Rusiya ordusunun daha iki K-52 helikopterini vurduqlarını açıqlayıb. Yerə düşürülən hərbi maşının görüntüləri yayılıb.
*** Ukrayna ordusunun Rusiyanın daha iki təyyarəsini vurub. İndiyə qədər işğalçı Rusiyanın 7 qırıcısının vurduğu haqda rəsmi açıqlama yayılıb. Sosial şəbəkələrdə daha bir Rusiya qırıcısının vurulmasının görüntüsü yayılıb.