RUSİYA Ukraynaya məxsus iki hərbi GƏMİNİ VURDU
Rusiya Ukraynaya məxsus 2 hərbi gəmini vurub. Musavat.com-un məlumatına görə, Krımın Kerç boğazında dünən səhərdən etibarən davam edən gərginlikdə ilk atəş açılıb. Bu barədə məlumat Ukrayna Hərbi Dəniz Donanması tərəfindən verilib. Məlumatda qeyd olunur ki, Rusiya Ukraynaya məxsus hərbi gəmiləri atəşə tutub. Rəsmi açıqlamada bildirilib ki, Rusiyanın xüsusi təyinatlı qüvvələri Kerç boğazında Ukrayna gəmilərini ələ keçirib. Rusiya tərəfindən vurulan iki gəmi idarəetməni itirib. Rusiya tərəfi isə açıqlama verərək gəmilərin limanlarına geri döndüyünü bildirib.
Məlumatda bildirilir ki, hücum nəticəsində 2 dənizçi yaralanıb. Ukrayna mediası isə 1 əsgərin öldüyünü bildirib.
Qeyd edək ki, Krımın işğalından sonra Moskva ilə Kiyev arasında gərginlik davam edir. 25 noyabr, günorta saatlarında Rusiya Krım yarımadasını quruya bağlayan körpünü bağlayıb, axşam saatlarında isə Kerç boğazı üzərində hərbi təyyarələr uçurtmağa başlayıb.