İsveçdə Quran yandırıldı, ölkə qarışdı – VİDEO + FOTOLAR

İsveçdə Quran yandırıldı, ölkə qarışdı – VİDEO+FOTOLAR

Danimarkalı siyasətçi və hüquqşünas, ifrat sağçı “Sərt kurs” (Stram Kurs) partiyasının rəhbəri Rasmus Paludan İsveçdə təşkil etdiyi aksiyada Quranı yandırandan sonra bütün Avropanı müsəlmanların etirazları bürüyüb. Yüzlərlə müsəlman İsveçin Stokholm, Linçepinq, Landskrun, Malmö kimi şəhərlərində etirazlara çıxır, polislə toqquşur, iğtişaş yaradır, maşınları yandırırlar.

İl yarım əvvəl İsveç pasportu alan Rasmus Paludan qatı anti-İslam mövqeyi ilə tanan qalmaqallı siyasətçisidir. O, 2019-cu ildə Kopenhagendə mitinq zamanı da Quranı yandırmışdı. Bu hərəkəti toqquşmalara səbəb olmuş, nəticədə onlarla insan həbs edilmiş, siyasətçinin başından daşla vuran bir nəfər gənc Suriya qaçqınının Danimarkaya girişinə ömürlük qadağa qoyulmuşdu.


Bu dəfə Quranın təkrar yandırılması əvvəlcə İsveçin Erebru şəhərində planlaşdırılmışdı. Lakin müsəlmanlar kəskin etiraza qalxdılar, toqquşmalar nəticəsində 12 polis nəfəri yaralandı. Rasmus Paludan isə başından daha bir daşla da zərbə aldı. Nəhayət, Erebruda baş tutmayan yandırma aksiyası polisin mühafizəsi altında Linçepinqdə geçəkləşdi.


“İsveçdə insanlara öz fikirlərini azad ifadə etməyə imkan yaradılır. Fərqi yoxdur, bunlar yaxşı fikirlərdirlər, yoxsa pis. İfadə azadlığı demokratiyanın ayrılmaz tərkib hissəsidir. Fikrə necə yanaşmağınızdan asılı olmayaraq, zorakılıq göstərməli deyilsiniz. Biz bunu heç vaxt qəbul etməyəcəyik”,- deyə İscveçin baş naziri Maqdalena Andersson baş verənlərə münasibətini açıqlayıb.
 
 


İsveç hökumətinin belə mövqeyi həm ölkədə, həm də Avropanın digər şəhərlərində müsəlmanların kəskin etiraz aksiyalarına səbəb olub.


Məsələyə qarışan İranın Xarici İşlər Nazirliyi İsveç hökumətindən dərhal Paludanın cəzalandırılmasını tələb edib. “Ramazan ayında müsəlmanların müqəddəs kitabının təhqir olunması ifadə azadlığı ilə əsaslandırıla bilinməz. İsveç hökuməti bu şəkildə nifrət yayanların qarşısını almağa görə məsuliyyət daşıyır”,- deyə İran XİN-in sözçüsü Səid Xətibzadə bildirib.


Malayziya da İsveç hökumətindən günahkarın cəzalandırlmasını tələb edib.

AzVision.az






Fikirlər