Direktorun korrupsiya qalmaqalı ilə bağlı yoxlamalar başladı – İttihamlar təsdiqlənir



 
Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 196 nömrəli məktəbdəki korrupsiya halları və özbaşınalıqlarla bağlı məlumat vermişdik. 
Bildirmişdik ki, məktəb direktoru Sevinc Mehdiyeva heç bir səbəb göstərmədən əməkdaşları işdən çıxarır, öz qohumlarını onların yerinə təyin edir, müəllimlərdən rüşvət alır, dövlətin əlavə dərslər üçün ayırdığı məbləğləri mənimsəyir. Məsələ ilə bağlı məktəb kollektivi dəfələrlə Təhsil Nazirliyində və Bakı Şəhər Təhsil İdarəsində olsalar da, qurumlar heç bir tədbir görməyib (sözügedən yazınıBURADAN ətraflı oxuya bilərsiniz). 
Yazının saytımızda dərc edilməsindən sonra Bakı Şəhər Təhsil İdarəsinin Daxili Nəzarət Şöbəsi məktəbdə yoxlamalara başlayıb. 
 . 
Bildirilib ki, yoxlamalar zamanı işdən çıxarılan təsərrüfat işləri üzrə müavin Ülkər Zamanova da məktəbə çağırılıb. Lakin direktor onun şikayət edə bilməməsi üçün məktəbə buraxılmaması ilə bağlı tapşırıq verib. S.Mehdiyevanın onun yerinə təyin etdiyi atası Əlisafə Hüseynov isə Ü.Zamanovanı məhkəməyə verməklə hədələyib. Lakin keçmiş təsərrüfat işləri üzrə müavin məktəbə daxil olaraq, yoxlama aparan şəxslərə yazılanların həqiqət olduğunu bildirib. 
Məktəbin Uşaq Birliyinin keçmiş rəhbəri Firəngiz Kazımova da yoxlamanı həyata keçirən BŞTİ-nin əməkdaşları ilə söhbəti zamanı ağır maddə ilə işdən qovulduğunu, daha sonra isə əmək kitabçasını dəyişdirtdiyini etiraf edib. 
Məlumat üçün bildirək ki, məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinə noyabr ayının 5-də göndərdiyimiz sorğu hələ də cavablandırılmayıb. Qurumdan bildirilib ki, hələ araşdırma aparılır, ona görə də sorğumuza cavab verilmir.(Azərtaym.az)






Fikirlər