Ərdoğandan seçki açıqlaması ...
Seçkinin belə müsbət və demokratik atmosferdə keçdiyi vaxt səslərin sayımı hələ davam edərkən, tələsik nəticələr açıqlamaq milli iradənin qəsb edilməsidir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. "Sevinirik ki, xalqımızın lütfü davam edən səslərin sayılmasında öz əksini tapır. Bütün mübarizə və yol yoldaşlarımdan nəticələr rəsmi açıqlanana qədər nə olursa olsun, seçki qutularının başından ayrılmamalarını rica edirəm. Demokratiya adına səs verən və seçki fəaliyyətlərində yer alan bütün vətəndaşlarımı təbrik edir, hər birinə təşəkkür edirəm", - Ərdoğan bildirib.//Gundem.az