Hakan Fidan 15 İYUN ilə bağlı paylaşım edib...
Türkiyənin xarici işlər naziri Hakan Fidan 15 İyun Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib. "AzerTaym.az" musavat.com-a istinadən xəbər verir ki, bu barədə nazirin "Tvitter" hesabındakı paylaşımında deyilir. "Bu gün həm Can Azərbaycanın Milli Qurtuluş Günüdür, həm də aramızdakı təbii müttəfiqliyi daha da gücləndirən "Şuşa Bəyannaməsi"nin ildönümüdür. Təbrik edirik! Acımız, sevincimiz hər zaman bir yerdə olan Azərbaycanlı qardaşlarımızla tək millət, iki dövlətik".