"VAQNER" ROSTOV ŞƏHƏRİNİ ƏLƏ KEÇİRİB! - Cənub Hərbi Dairəsi də təslim olub (FOTO+VİDEO)
Bölmələrimiz bütün istiqamətlərdə Rusiya Federasiyasının dövlət sərhədini keçib. Bunu "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin öz teleqram kanalında yaydığı səsyazısında bildirib. "Biz Rostova daxil oluruq. Qarşımıza çıxan hər şeyi məhv edəcəyik. Daha da irəli gedirik, sona qədər gedirik", - deyə Priqojin vurğulayıb. Vaqnerin rəhbəri sərhədçilərin onun döyüşçülərinə müqavimət göstərmədiyini də söyləyib. Qeyd edək ko, Priqojin 25 minlik ordu ilə Moskvaya doğru hərəkət etdiyini açıqlayıb. O, Rusiya Müdafiə Nazirliyinin "Vaqner"in mövqelərinə raket zərbəsi endirdiyini iddia edib və bu barədə video və səs yazıları yayımlayıb. Rusiya MN onun iddialarını təkzib edib. Daha sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Priqojin barəsində Cinayət Məcəlləsinin 279-cu maddəsi (silahlı üsyana çağırış) ilə cinayət işi açıldığını elan edib və "Vaqner" döyüşçülərini Priqojinin əmrlərinə tabe olmamağa çağırıb. Son məlumatlara görə, "Vaqner" artıq Rostov şəhərini ələ keçirib, Voronej şəhərinə hücum başlayıb. Maraqlıdır ki, vaqnerçilər Cənub Hərbi Dairəsini də ələ keçərkən heç bir müqavimətlə üzləşməyiblər. Priqojin özü də Cənub Hərbi Dairəsinin binasına gəlib. Burda o Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurovla danışır və belə demək olar ki, onu təhdid edir. Qarşı tərəf qorxaraq cavab verir. Priqojin silahlıların nəzarəti altında nazir müavininə tələbini çatdırır: "Şoyqu və Gerasimovu bizə verirsiniz. Əkls halda Rostovda möhkəmlənib Moskvanın üzərinə gedirik!" Hazırda Rostov şəhərinin bütün inzibati binalarının qarşısında vaqnerçilər durub.