Şuşa Qlobal Media Forumu çərçivəsində panel müzakirəsi keçirilib - FOTOLAR
"4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda keçirilən Şuşa Qlobal Media Forumu çərçivəsində "Medianın gələcəyi: Ənənəvi media üçün növbəti addımlar; Rəqəmsal transformasiya diqqət mərkəzində" adlı panel müzakirəsi keçirilib. AzerTaym.az Trend-ə istinadən xəbər verir ki, paneldə media məhsullarının istehsalı və istehlakı ilə bağlı dəyişən trendlər müzakirə edilib. Panel müzakirəsində çıxış edən Qlobal Siyasət İnstitutunun prezidenti Professor Paolo von Schirach bildirib ki, xəbərlər və əyləncələr arasında sərhəd itib, artıq çox eyniləşib. Amerikalı jurnalist, televiziya, sənədli film, podkast və debat prodüseri Dana Volf deyib ki, media sahəsində yeniliklərə, dəyişiliklərə adaptasiya olmaq, onları izləmək vacibdir. Panel iclası zamanı süni zəkanın medianın rolundan bəhs edən"Forward Thinking" şirkətinin ditektoru Oliver MakTernan həmçinin əlavə edib ki, süni zəkanın silah kimi istifadə edilməsi narahatlıq doğurur. Panel sessiyası müzakirələrlə davam edib.
Məqaləyə dair fotomateriallar: