“Elektron medianın maliyyələşməsi KEYFİYYƏT baxımından heç nəyi dəyişməyəcək”

Elçin Şıxlı: “Elektron media sadəcə informasiyanın yeni daşıyıcısı, yeni ötürücüsüdür”

Son vaxtlar elektron medianın dövlət tərəfindən maliyyələşməsi ilə bağlı fikirlər səslənir.

Maraqlıdır, elektron medianın dövlət vəsaiti hesabına maliyyələşməsi bütövlükdə ölkə mediasına, bu medianın fəaliyyətinə necə təsir göstərəcək?

Bununla bağlı Moderator.az-a açıqlama verən fəaliyyətini dayandıran “Ayna”-“Zerkalo” qəzetlərinin baş redaktoru, media eksperti Elçin Şıxlı bu yeniliyin medianın keyfiyyətinə təsir göstərməyəcəyini vurğuladı:

“Bu yenilik mediada keyfiyyət və mahiyyət etibari ilə heç nə dəyişməyəcək. Elektron media ənənəvi medianın bir növüdür. Sadəcə, elektron media yeni media növü kimi meydana çıxıb. Elektron media informasiyanın yeni daşıyıcısı, yeni ötürücüsüdür. Dünən informasiya kağız üzərində, ondan öncə daş kitabələrdə yer alırdısa, sonradan radio və televiziyalar vasitəsi ilə çatdırılırdısa, indi də internet vasitəsi ilə çatdırılır. Odur ki, elektron medianın dövlət tərəfindən maliyyələşməsinin mahiyyət baxımından nəyisə dəyişəcəyini güman etmirəm”.






Fikirlər