“Elektron partiya ideyası maraqlı ideyadır, amma...”

“Elektron partiya ideyası maraqlı ideyadır, amma...”Vəfa Cümşüdlü: "İnsanlarla birbaşa ünsiyyət vacib məsələdir"Xəbər verdiyimiz kimi, Türkiyədə ilk elektron partiyanın yaradılması Azərbaycanda da ciddi marağa səbəb olub."

Bununla bağlı Moderator.az saytı və “Hürriyyət” qzəetinə açıqlama verən Müsavat Partiyası Məclisinin üzvü, Qadınlar Birliyinin sabiq sədri Vəfa Cümşüdlü bu ideyanın kifayət qədər maraq doğura biləcəyini vurğulayıb:
"Bu, çox maraqlı ideyadır. İndi internet əsridir. Dünyanın hər hansı bir yerində baş vermiş hadisə haqqında anındaca informasiya ala bilirik. O baxımdn hər hansı bir ideya ətrafında birləşən insanların öz fikir və düşüncələrini paylaşma və operativ qərarlar vermək baxımından bu ideyanı məqsədəuyun saymaq olar".

V.Cümşüdlünün sözlərinə görə, elektron partiya ideyası özlüyündə nə qədər müsbət olsa da, insanlarla birbaşa ünsiyyət əvəzedilməzdir:
"Biz hər birimiz internet istifadəçisiyik. Bir çoxumuz sosial şəbəkələrdə aktiv iştirak edirik. Və bu şəbəkələrin mənfi və müsbət tərəflərini yaxşı bilirik. Nə qədər internetdə düşüncələrimizi paylaşsaq da insanlarla birbaşa ünsiyyət vacib məsələdir. Həm də cəmiyyətin əksər hissəsi sosial şəbəkələrdə aktiv deyil".






Fikirlər