"Qərb sülh dövrünün metodlarından müharibə dövrünün problemlərini həll etməyə cəhd göstərib və bu, işlək olmayıb..."
"Rusiyanın cəbhədə ciddi uğur qazanacağı təqdirdə NATO öz qoşunlarını Ukraynaya yeridə bilər..."
Britaniyalı analitik Qərb qoşunlarının Ukraynaya yeridilməsi perspektivini dəyərləndirib
Qərb hərbi kontingentinin Ukraynaya yeridilməsinin alternativi yalnız çox böyük sayda döyüş sursatları və avadanlığın axtarılması ola bilər.
Moderator.az xəbər verir ki, bu barədə Britaniya ordusunun istefada olan polkovniki, tanınmış hərbi ekspert Qlen Qrant "Espreso"nun efirində bəyan edib. Məlumatı "24tv.ua" nəşri yayıb.
O, izah edib ki, Qərb paytaxtları sülh dövrünün metodlarından müharibə dövrünün problemlərini həll etməyə cəhd göstərilib, indi bunun işlək olmadığını görür.
"Onlar bu məsələni uzun müddət uzadıb, bu, hələ bir il və ya ola bilsin ki, ilyarım öncə baş verməli idi. Onların cəhd etmək istədikləri Rusiyaya gerçəkdən təsir göstərmək, müharibəni dayandırmaq və ya Ukraynaya işğalçıları sıxışdırmağa imkan vermək üçün kifayət qədər səmərəli olmayıb", - polkovnik qeyd edib.
Qrantın sözlərinə görə, avropalılar hazırda elə vəziyyətə düşüb ki, onlar Ukrayna qoşunlarının hazırlığını və qətiyyətini gücləndirmək üçün ölkələri daxilində olaraq kömək etməlidir.
"Biz tədricən, amma inamla Avropa qoşunlarının döyüş əməliyyatlarında iştirak etməyə məcbur olacağına doğru hərəkət edirik. Mənim bununla bağlı heç bir şübhəm yoxdur", - o, qeyd edib.
Ekspert izah edib ki, bu, müəyyən mərhələdə baş verəcək, çünki bunun alternativi çox böyük sayda döyüş sursatları, avadanlıq və bütün zəruri olanların axtarılmasıdır.
"Bu isə həm qida, həm minaatanlar, həm kaskalar, həm də geyim deməkdir, bu da, zənnimcə, az ehtimaldır. Rusiya isə addım-addım irəliyə doğru hərəkət etməkdə davam edəcək, o zaman Avropa paytaxtları bəyan edəcək:
"Bəsdir, biz sizə qoşulub Rusiyaya qarşı döyüşməyə hazırıq". Buna bir il, ola bilsin ki, ilyarım lazım olacaq, lakin biz durmadan bu istiqamətdə hərəkət edirik", - Qrant deyib.
Qərb qoşunlarının Ukraynaya yeridilməsi USQ Baş Qərargahının sabiq rəis müavini, general-leytenant İqor Romanenko güman edir ki, NATO Rusiyanın cəbhədə ciddi uğur qazanacağı tədqirdə öz qoşunlarını Ukraynaya yeridə bilər.
"Makron bu nöqtələrin Kiyev və Odessa olduğunu müəyyən edib. Lakin digər variantlar da mümkündür. Məsələn, Rusiya ordusunun Dnepr şəhərinə çıxışı ola bilər.
Hazırda Rusiya bu iki ordudan qruplaşma formalaşdırır, bu, strateji səviyyəli ehtiyatdır. Bu, çox ciddi təhlükədir. Bu ehtiyatdan istifadə edilərsə, o cümlədən Zaporojyeyə də çıxmaq olar. Və bu, məhz haqqında söhbət edilən irəliləyiş ola bilər".
O, həmçinin əlavə edib ki, Baltikyanı ölkələr və Polşa birləşməli və birgə qərar qəbul etməlidir. Onun fikrincə, belə olan halda NATO bu ölkələrin qərarına dəstək verməyəcək.