Zelenski Çinlə danışmağa cəhd edir, Si Tszinpin qalibi gözləyir ...

Zelenski Çinlə danışmağa cəhd edir, Si Tszinpin qalibi gözləyir...

"Bir dövlət başqasının hesabına özünün təhlükəsizlik məsələlərini həll edə bilməz..."
 

 

"Çin rəhbəri üçün müharibədən sonra hansı Ukraynanın bərpasında iştirak etməyin fərqi yoxdur..."
 
"ABŞ Ukraynada demokratiyanın, ÇXR isə avtoritarizmin qələbəsində maraqlıdır..."
 
"Çin Rusiya neftini alacaq və Qərbin sanksiyalarından Rusiya iqtisadiyyatına vurulan zərəri minimuma endirəcək..."
 
Rusiyanın Ukraynaya qarşı müharibəsinin 161-ci günü prezident Vladimir Zelenski Çin Xalq Respublikasının sədri Si Tszinpini Rusiyanın öz ölkəsinə qarşı müharibəsini dayandırmağa yardım etməyə çağırış edib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, Çinin "South China Morning Post" nəşrinə verdiyi müsahibəsində bəyan edib.
 
Yeri gəlmişkən, Si Tszinpin Rusiyanın hücumundan sonra Zelenski ilə ünsiyyətdə olmağa hətta cəhd etməyən dünyanın aparıcı azsaylı liderlərindəndir.
 
Beynəlxalq təşkilatlarda isə Çin diplomatları bir qayda olaraq Rusiyanın təbliğat xarakterli narrativlərini təkrarlayır və iddia edir ki, "bir dövlət başqasının hesabına özünün təhlükəsizlik məsələlərini həll edə bilməz" (Rusiya nəzərdə tutulmur) və Rusiyanın Ukraynaya hücumu NATO-nun mümkün genişlənməsi ilə bağlı olub. Hərçənd, Alyans Finlandiya və İsveçin təşkilata birləşdirilməsinə qərar verib, amma bu ölkələr Rusiyaya hər hansı hücumu ağıllarından belə keçirmir.
 
Si Tszinpin və digər Çin rəhbərləri çətin ki, Zelenskinin çağırışlarına məhəl qoysunlar. Özü də indiki məqamda, Ukrayna prezidentinin müsahibəsi ÇXR hakimiyyətinə yaxın qəzetdə Çin Milli Azadlıq Ordusunun Tayvan boğazında hərbi təlimləri barədə xəbərlərlə birgə dərc edildiyi zaman bu, ağlabatan deyil.
 
Pekini çətin ki, müharibədən sonra Ukraynanın bərpasında iştirak etmək imkanı maraq doğursun. Təkcə ona görə ki, Çin rəhbərli üçün müharibədən sonra hansı Ukraynanın bərpasında iştirak etməyin fərqi yoxdur.
 
Çinlilər əmindir ki, əgər Ukrayna zəbt edilən ərazilərdə öz suverenliyini bərpa edib müstəqilliyini qoruya biləcəksə, Kiyev onların xidmətləri olmadan keçinə bilməyəcək. Ukrayna uduzacağı təqdirdə "bərpa işlərində" Çin şirkətləri artıq Putinin dəvəti ilə iştirak edəcək. Onlar üçün hətta daha yaxşı olacaq, çünki belə olan halda ÇXR-in Qərb rəqibləri olmayacaq. Ona görə də nədən Moskva ilə münasibətləri kəskinləşdirsin ki?
 
Si Tszinlin və Zelenskinin Rusiya-Ukrayna müharibəsinin səbəb və nəticələri barədə müxtəlif təsəvvürləri ola bilər. Ukrayna prezidenti üçün bu müharibə hər şeydən öncə ölkəsinin suverenliyi və ərazi bütövlüyünün qorunması, öz xalqının mövcud olması və öz inkişaf yolunu özünün müəyyən etməsi hüququ ilə bağlıdır. Lakin Çin sədri bu müharibəyə daha geniş baxa bilər. Məsələn, Tayvana uçuşunun ilk dəqiqələrində "The Washington Post" nəşrində səfərinin səbəbləri barədə məqalə dərc edən Amerika Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin baxdığı kimi.
 
Xanın Pelosi Kiyevə səfərini xatırladaraq, Taybeyə gəlişini avtoritarizmlə demokratiyanın mübarizəsi ilə izah edib. "Rusiya Ukraynaya qarşı qanunsuz müharibə apararkən, minlərlə günahsız insanı qətlə yetirərkən, Amerika və müttəfiqlərimiz aydın şəkildə anladır ki, biz heç vaxt avtokratlara boyun əyməyəcəyik", - Pelosi bəyan edib.
 
Amma əgər ABŞ Nümayəndələr Palatasınıb spikeri demokratiyanın qələbəsində maraqlıdırsa, ÇXR sədri eyni dərəcədə avtoritarizmin qələbəsində maraqlıdır. O, sadəcə, başqa komanda üçün oynayır. Rusiyanın bu müharibədə məğlubiyyəti Çin Kommunist Partiyası üçün Ukraynanın deyil, ABŞ və "kollektiv Qərbin" qələbəsi, avtoritar dövlətin öz iradəsini qonşu ölkəyə təkcə öz əhalisinin deyil, bütün demokratik dünyanın güclü müqavimətinə görə sırımağın mümkünsüz olduğu demək olacaq.
 
Maraqlıdır, kommunist Çinin özünü qorumağa qadir olan dünyada perspektivləri nədən ibarətdir?
 
Məhz buna görə də Si Tszinpin Putini müharibəni dayandırmağa və qoşunlarını Ukrayna ərazisindən çıxarmağa inandırmayacaq. Əksinə, Çin Rusiya neftini alacaq və Qərbin sanksiyalarından Rusiya iqtisadiyyatına vurulan zərəri minimuma endirəcək. Çin təbliğatı isə Rusiyanın ardınca müharibənin yalnız Amerikaya lazım olduğunu təkrarlayacaq və bəyan edəcək ki, məkrli Qərbin təxribatları olmasaydı, heç bir müharibə də olmazdı.






Fikirlər