“BİZİM CAMAAT DƏRD-SƏR İÇİNDƏDİR…” - Deputat Nardarandan danışdı
“Maddi, mənəvi, xəstəlik, təhsil, iş problemləri kifayət qədərdir” Eldar Quliyev: “Mehmanı çağırıb dedim ki, get filankəslərə de ki, Hacı Talehin orda yenə nəsə qurmaları var, ona baş qoşmasınlar” Müsahibədən əvvəl mübahisəmiz oldu. Xanım həmkarımızın barəsində yazdığı müəllif yazısına çox sərt reaksiya verməsinə etirazımı bildirməyim xoşuna gəlmədi. Hətta özümü də ittiham etməyə başladı ki, guya mən Nardaran hadisələri ilə bağlı ondan açıqlama istəmişəm, ancaq “yox” cavabını aldığımı demişəm. - Eldar müəllim, siz Milli Məclisdə Nardaran əhalisini də təmsil edirsiniz. Ordan başlayaq ki, 10 minlik bu kənd qaranlıqda qalıb. Doğrudanmı əhalinin elektrik enerjisinə milyonlarla manat borcu yığılıb? Əgər belədirsə, səbəbi nədir? - İdman kompleksinə gənclər, uşaqlar gəlirmi? Çünki belə təsəvvür var ki, nardaranlılar bu kimi məsələlərdən kənardadır… - Kim ələ alır onları? - Bundan əvvəl də dəfələrlə bənzər hadisələr yaşanıb, siz də orda deputatsınız. Bəs, siz hansı təbliğtaı aparmısınız bu insanların ekstremistlərin təsirinə düşməməsi üçün? Belə görünür ki, orda görünməmisiniz, ya ehtiyatlanıbsınız, yaxud… - Nardaran 10 minlik əhalisinin təqribən neçə faizi kənar qüvvələrin təsiri altında idi? - Qanlı hadisələrin baş verməsinin əsas səbəbi nə oldu? - İran rəsmiləri bəyan edir ki, bizim bu hadisələrdə rolumuz yoxdur… - Kənddə gərginliyin yaranması barədə siz nə vaxt bildiniz? - Siz orda əsas ağsaqqal olaraq kimləri tanıyırsınız, etimad göstərirsiniz? - Bu xəbərdarlığı nə vaxt etmişdiniz? - Hacı Talehlə nə vaxtsa görüşüb öz etirazınızı birbaşa üzünə demisinizmi? - Bəs dövlət qurumlarına rəsmi müraciətləriniz olmuşdumu ki, Nardaranda hansısa proseslər hazırlanır? - Siz bir deputat kimi son dəfə Nardaranda nə vaxt olmusunuz? - Hadisələr baş verəndən sonra kəndə neçə dəfə getmisiniz? - Niyə? - Fövqəladə vəziyyət olsa belə, Milli Məclisin deputatı kimi sizin üzünüzə qapılar açıqdır… -Mən Baba Rzayevə zəng edib danışdım, indi gözləyirlər, hökumətin qərarı olmalıdır. Əgər dövlət, ya hökumət tərəfindən tədbir görülürsə, onun nəticəsini gözləmək lazımdır. Ondan sonra biz irəli düşə bilərik. - Siz Nardaranın deputatısınız, elə də ciddi fərqi yoxdur. - Siz Naxçıvanın da deputatı ola bilərdiniz, amma Bakıda yaşayardınız. Bu, məsuliyyətdən azad etmir. Nardarana hər gün getmək olar, mərkəzdən yarım saatlıq yoldur. - Sizə Nardaran camaatı səs verib, onları təmsil edirsiniz… - Daxili işlər naziri, onun müavini Nardarana getdi. Siz də parlamentdə kəndi təmsil edən şəxs kimi gedə bilərdiniz… - Amma sizin orda görünməyiniz bəlkə də çoxlarını geri çəkilməyə vadar edərdi, aqressiyanı azaldardı… - Sizin daha geniş səlahiyyətləriniz var… - Parlamentdə qanunların sərləşdirilməsinin əsas səbəbi Nardaran hadisələri oldu və bu hadisələrin baş verməməsi üçün hər kəs öz işini görməliydi, bunun fərqindəsinizmi? - Hesab olunur ki, Nardaran problemini birdəfəlik həll etmək lazımdır. Siz birdəfəlik həll üçün nələri təklif edirsiniz? - Konkret təklifləriniz nədir? - Nə qədər uşaq təhsildən yayınır? - Amma siz 11-ci ildir bu kəndin deputatısınız… - Bunun üçün müvafiq qurumlar var, təhsil şöbəsi var, siz məktəblərə gedə, vəziyyətlə yerindəcə maraqlana bilərsiniz… - İşsizliyin də problem olduğu deyilir… - Dövlət işıq pulu borcunu silə bilərmi? - Yəni hər həftənin bazar günü qəbul keçirirsiniz? - Əminsinizmi ki, Nardaranda silah-sursat tam yığıldı? - Siz vaxtında kənddə görünsəydiniz, yəqin ki, hadisələr gəlib bu həddə çıxmazdı, razısınız?
Belə bir hadisənin olmadığını deməklə bərabər, müsahibəsini nöqtə-vergülünə toxunmadan “Yeni Müsavat”da dərc etməyə hazır olduğumuzu da bildirdim. Təqribən yarım saatlıq mübahisənin sonu… müsahibə oldu. Nardaran hadisələrindən sonra qəzetimizin axtardığı deputat Eldar Quliyevlə söhbətimizi təqdim edirik:
– Bəli, doğrudur. Deyirlər ki, ödəyə bilmirik. Vaxt olub ki, kənddə işıq olmayıb, mən və Nardaran ağsaqqalları getmişik Baba müəllimin (Rzayev-E.P.) yanına, yağış da başımıza töküb. İnanın, Baba müəllim də bir az gec gəldi, biz şəhərə girənə qədər yağışdan hamımız su içindəydik. Oturub danışdıq, mənim yanımda Baba tapşırdı ki, açın bunların işıqlarını. Bilirsən, bunlar bir az ərköyün uşaqdırlar. Hansı məsələlər qaldırılıbsa – xəstəxanadır, məktəbin təmiridir, hamısı həllini tapıb. İndi parlamentə qız gəlib ha, Dilarə Cəbrayılova (yeni deputatdan söhbət gedir-E.P.), onun direktoru olduğu məktəbin damını, 3600 kv.m-i mən təmir eləmişəm. Nazir müavinini aparmışam, Nardaranda bir-bir tarixi abidələri gəzmişik, abidələrin təmiri üçün vəsait ayrılıb. İdman kompleksi tikildi, ora təyin eləmək üçün Rasim adlı bir adamı verdilər mənə, getdim gənclər və idman naziri Azad Rəhimovun yanına, dedim bu oğlan idmançıdır, kömək edək qabağa getsin.
– Təbii ki, gələnlər var. Amma uşaqlar və gənclər mövhumat içərisindədir. Mənim yanıma gələn camaatın əksəriyyəti orta və yuxarı yaşda olanlardır. Təsir altına düşənlər isə 12, 13, 20 yaşlarındadır. Hamımız müsəlmanıq, mən də o qəsəbələrdən çıxmış, orda böyümüş adamam. Amma bunları ələ tez almaq mümkün olub.
– Ekstremist qruplar.
– (sualı kəsir) Yox, elə deyil. Nə ehtiyatlanmaq? Artıq 11 ildir biz onlarla işləyirik. İxtilaflar, münaqişələr çox olub. Lakin həmişə qabağını almışıq. Bu hadisələrin baş verməsində Nardaran camaatı o qədər də günahkar deyil. Bu, Hacı Talehin fəaliyyətinin nəticəsidir. Nardaran camaatının günahı budur ki, adama deyərlər sən 200 adamla, özü də silahla mənim yanıma niyə gəlmisən, niyə mənim evimdə, həyətimdə təbliğat aparırsan? Nardaran camaatının ən böyük günahı budur. Mən ağsaqqallara deyəndə ki, onu kəndə niyə buraxırsınız, deyirdilər bizim artıq ona gücümüz çatmır, gənclər sözümüzə qulaq asmır.
– 20-25 faizi. 10 min əhali də hamısı orda yaşamır, şəhərdə yaşayanlar da var.
– 100 faiz xarici qüvvələrin təsiri nəticəsində.
– Biz bu gün İranı bir dövlət kimi ittiham edə bilmərik. İranda da müəyyən qüvvələr var. Məgər bu gün İŞİD hansısa dövlətin qurumudur? Yaxud HƏMAS hansısa dövlətin təşkilatıdır?
– Mənə xəbər gəldi ki, bunlar belə bir toplantı keçirmək istəyir və adamlar (Hacı Talehin dəstəsi-E.P.) da ora gələcək. Mən də onlara xəbər göndərdim, 2-3 ağsaqqalı dəvət etdim. Köməkçiyə dedim filankəsi mənimçün tap. Qayıtdı ki, tapa bilmədim.
– Hacı Hacıağa var, Eldar Bünyadov var idi, indi o yazıq tutulub, qardaşı oğlanları öldü, bir cavan uşaq var -Mehman, cavanların yanına onu göndərirəm. Mehmanı çağırıb dedim ki, get filankəslərə de ki, Talehin orda yenə nəsə qurmaları var, ona baş qoşmasınlar. Sonradan isə mənim dilim bir metr uzun oldu, dedim axı, mən sizə dedim belə hadisələr gözlənilir.
– Hadisələrdən qabaq, 26 noyabrdan əvvəl. Ancaq xəbərdarlıqlar keçmədi, nə isə qiymətləndirmədilər, nəticəsi olmadı. Hacı Hacıağa ilə də telefonla danışdım. Deyəsən, həmin vaxt İranda ziyarətdəydi. Mən ona da dedim ki, belə bir şey var. Ancaq xeyri olmadı, polis də xəbər tutdu, ora getdi. Əslində polis və MTN Talehgili çoxdan izləyirdi, harda nə edirlər deyə. Bu da dayanmırdı. Türmədə 3 il yatdı, çıxan günün səhəri mən onun müsahibəsini oxudum ki, “mən mübarizəmi davam etdirəcəyəm”.
– Yox, həyatımda görüşməmişəm. Üzdən də tanımıram.
– Elə qurumlardan mənə xəbərlər gəlmişdi, dedilər ki, belə məsələlər var.
– Noyabrın 30-da.
– Hadisələrdən sonra 30 noyabrda getmişəm, onda sonra kənddə olmamışam.
– Bu gün orda fövqəladə vəziyyətdir.
– Yox. Heç olmasa açın, baxın, görün orda vəziyyət necədir? Fövqəladə vəziyyətdə heç kimi ora buraxmırlar.
- Artıq yollar açılıb, gediş-gəliş var. Sizin orda olmağınız isə həm də ona görə vacibdir ki, soyuqda qalmış əhalini dinləyəsiniz, dövlət qurumlarına onların sözünü çatdırasınız… Kimlərsə yenidən vəziyyətdən istifadə edib gərginlik yarada bilər.
- Bayaq dediniz ki,20-25 faiz təsir altına düşüb. Deməli, 75 faiz əhali günahsızdır, belə vəziyyətdə xəstəsi, uşağı olan əhalinin problemlərinin həll olunması sizinçün vacib məsələ deyilmi? Siz özünüz bu qış günündə qazsız, işıqsız kənddə yaşaya bilərdinizmi?
– Yox, əlbəttə ki, mən yaşaya bilməzdim. Əgər mən orda qalsaydım, yaşayış yerim Nardaran olsaydı, belə hadisələrin olmasına imkan verməzdim.
– Yox, mən orda yaşamıram, evim çoxdandır şəhərdədir.
– Gəlin bir az real olaq. Onda mən gedim orda qalım.
– Səs veriblər e. Amma mənim ondan başqa 3 qəsəbəm də var. Mənim işimin mahiyyəti o deyil. Mən gedib bunların yanında məsciddə moizə oxumalıydım ki, belə şeylər eləməyin? Xəbər göndərdim ki, belə etmək olmaz!
– Onların bilavasitə işidir. Biz əlaqə saxlayırdıq, telefonumuz çoxlarında var.
– Artıq orda münaqişə yoxdur. 30-da ki, biz oranı səliqə-səhmana saldıq, 1 dekabrda hökumətin ora girməyinin əsas səbəbi silahların yığılması idi. Onlar mənim qarşımda meyitlərin qaytarılması məsələsini qoymuşdular, mən də xahiş etdim, dedim ki, meyitləri vermək lazımdır. Amma bir şeyi bilin, mən rayonun icra başçısı deyiləm e…
– Xeyr elə deyil!
– Qanunlara dəyişiklik çoxdan hazırlanırdı. Çünki Azərbaycanda son zamanlar dini ekstremist qruplar çox baş qaldırıb. Bir də bu dəstək bilirsən hardan gəlir? Bu həvəs İŞİD-dən gəlir. Qarabağ məsələsi qalıb burda, azərbaycanlı gedib İŞİD-ə, ya kürdlərə qoşulur. Bir az da cavanlar yəqin silah, atışma məsələlərindən həvəslənirlər.
– Məsələyə kompleks yanaşmaq lazımdır.
– Məsələn, ilk növbədə təmizləmə işləri aparılmalı, zərərli insanlar ordan aralanmalıdır, necə ki, əməliyyat oldu. İkincisi, təhsili gücləndirmək lazımdır. Uşaqları məcburi qaydada məktəbə cəlb etmək lazımdır.
– Bu rəqəm məndə yoxdur.
– Siz bu saat getsəniz, orda sizə deyəcəklərmi ki, məktəbə gedir-getmir? Deyəcəklər hamısı gedir.
– Elşad, deyəsən, biz bir-birimizi başa düşə bilmirik. (?-E.P.) Bizim bəzi rayonlarımızda da uşaqları dərsə qoymurlar. Mənim deputat olduğum 7-8 il ərzində Nardarandan bir dənə uşaq ali məktəbə girməmişdi. Həmişə deyirdim ki, necə olur başqa qəsəbələrdən 15-20, 50 nəfər ali məktəbə girir, ancaq burdan bir nəfər yoxdur? Bu il isə Sabunçu rayonundan ən yüksək bal toplayan Nardarandan oldu, 670-dən yuxarı bal topladı, tələbə adını qazandı. Artıq mən sevindim ki, danışıqlarım effekt verdi.
– Bəli, problem var. Bir neçə dəfə mənə müraciətlər olub. Demişəm, çörək zavodunda işə qoya bilərəm. Ancaq onların xahişi nədir: vergiyə, gömrüyə, aviasiyaya işə düzəldin. Heç təhsili də yoxdur. Bir gün biri mənə yaxınlaşıb ki, bunu söndür, deyim… (diktofon sönəndən sonra orijinal xahişi deyir-E.P.) Nardaranda xalça zavodu var idi, son vaxtlara qədər yaxşı da xalça toxuyurdular, yaxşı da satılırdı. Ancaq zavodu bağlayıb sökdülər. Bunların əsas işi əkinçilik və balıqçılıq idi. İndi balıqçılıq da məhdudlaşıb, ancaq pomidor, xiyar əkirlər. Arada məhsulu Moskvaya aparırdılar, ancaq son vaxtlar bu, mümkün olmur. Sovet vaxtı gülçülük də var idi, indi o da yoxdur.
– Yəqin ki, bağışlayacaq dövlət, bir neçə dəfə bağışlanıb. Bu hadisələr olmasaydı, elə işığı, qazı bunlara pulsuz verirdilər də. Elə ondan həvəslənmişdilər, 2 faizini ödəyirdilər, dövlət nə işığını, nə qazını kəsmirdi. Ancaq bu hadisələri törədəndə təbii ki, dövlət də deyəcək, yaxşı, mən bunu edirəm, siz niyə bu hərəkəti edirsiniz? O biri kəndlər də məndən soruşurdu ki, necə olur Nardarandan işıqpulu almırlar, amma bizdən alırlar? Yəni qısqanclıq yaranırdı. Mən ora gələndə işıq çox bərbad halda idi. Çox sağ olsun Baba Rzayev, neçə transformator qoyub ora, neçə dəfə onları qəbul edib. Mən neçə dəfə nazir və nazir müavinləri ilə orda olmuşam, səhiyyə, mədəniyyət naziri, “Azərişıq”, “Azəriqaz” rəhbərliyi ilə, bizim prokurorla. İcra başçısı hər dəfə onları qəbul edib. Bunların təbiətində İrana daha çox meyllənmək var. Ora getsinlər, ziyarət etsinlər, ora ilə danışsınlar. Hətta xəstələrini İrana aparırlar, bəlkə burda daha asan müalicə etdirə bilərdilər. Neçə dəfə onları ziyarətə göndərmişik. Hər bayramda – iki dini bayramda mən onlardan siyahı alıram. Deyək ki, 200 nəfərlik siyahıdakı hər adamın evinə pay göndəririk. Qurban bayramında 2 kilo ət, Ramazan bayramında isə düyüdən, yağdan tutmuş digər məhsullara qədər 10 kilo sovqat göndərirdim. Bir də xeyir-şərlərində iştirak edirik. Mən demirəm ki, hamısında, amma 70-80 faizinə gedirəm. Bazar günü qəbulum olduğu üçün gəlirlər. Maştağada ofisim var.
– Hə. Birdən xəstələnəndə, ya xaricdə olanda bu, heç, getmirəm. Sözün açığı, mənim anam orda basdırılıb, 32 ildir hər bazar günü qəbir üstə gedirəm, ordan çıxandan sonra gəlib camaatı qəbul edirəm. Bizim camaat da bütün günü dərd-sər içindədir. Maddi, mənəvi, xəstəlik, təhsil, iş problemləri kifayət qədərdir.
– Məncə, 90 faiz yığıldı. Dünən də Mehman mənə zəng eləmişdi. Dedim Mehman, get qonşuya da de, gör kimin silahı var, təhvil versin, bunun axırı yoxdur. Sizi tutmurlar ki, aparın silahı təhvil verin. Mən telefonla danışıram, istiqamət verirəm. Bizdə kənddə bir söz var, deyir alağın üstünü qırxmaqla onu məhv etmək olmaz, yenə artacaq. Odur ki, alağı kökündən çıxartmaq lazımdır. Mən demirəm ki, Nardaranın təmizlənməsi yerli sakinlərin məsələsidir. Sadəcə, onlar kəndə gələnləri aralamalıydılar. Bu camaatda bir ərköyünlük yaranmışdı ki, bunu da eləyə bilərik, o birisini də.
– Çıxardı. Orda bu hadisələr olacaqdı. Çünki o gənclər bizim sözümüzə qulaq asmayacaqdı. Əgər ata-anasına qulaq asmırsa… Mən əmisinə deyirəm ki, belə bir hadisə var, deyir vallah qardaşım oğlanları da bu işin içindədir, mən onlara söz deyə bilmirəm. Hansı ki, iki ay bundan qabaq mən onların – ölən qardaşların – atasının hüzrünə getmişdim…(musavat.com)