İsmayıllı rayon mərkəzi xəstəxanasından cumhuriyyət. az-ın elektron poçtuna faktlarla dolu yeni məktub daxil olub.
Nəzərinizə çatdırırıq ki, son vaxtlar cumhuriyyət. az-da İsmayıllı səhiyyəsi ilə bağlı bir sıra ifşa dolu yazılar dərc edilirdi. Baş verənlərin və yazılanların həqiqət yükünün ağır olduğunu qəbul edən bir sıra həkim və digər şəxslər, şəxsi təşəbbüs göstərərək rayon səhiyyəsindəki özbaşnalıqların daha geniş şəkildə işıqlandırılmasını istəyirlər. Odur ki, cumhuriyyet.az-a daxil olan məktubu olduğu kimi dəyərli oxucularımızın diqqətinə çatdırırıq.
Hörmətli redaksiya. Öncə onu qeyd edək ki, xəstəxanamızla bağlı yazdıqlarınız burada hamının ürəyincə deyi. Məsələn, yazılarınıza etiraz edən, dodaq büzən şəxslər var. Onlar iddia edirlər ki, sizlər kimlərinsə təhriki ilə göstərilənləri qələmə alırsınız. İndi həmin adamlar haqqında qısa açıqlama vermək istərdik. Yazılarınıza baş həkimin müavini Abdullətif Maqsudov dodaq büzərək ağızlarına gələni yazırlar deməklə kollektiv içində ruh düşkünlüyü yaratmağa çalışır. Bu həmin Abdullətifdir ki, hər ay həkim və tibb bacılarından pul qopartmaqla məşğuldur. Bu həmin Abdullətifdir ki, hərbi həkim komissiyasının baş həkimi olmaqla rüşvətə qurşanmış, xəstə uşaqları sağlam, sağlam uşaqları rüşvət müqabilində hərbi xidmətdən yayındırmaq üçün addımlar ataraq buna nail olur. Bu minvalla o, xeyli dərəcədə varlanıb. Xəstəxanaya işə götürülmək üçün müəyyən adamlar var ki, onlara vasitəçilik edən şəxsin biri də Abdullətif həkimdir. Sabiq baş həkim Avtandil Rəhimovu həmişə kollektiv içində hörmətsiz edən, ancaq baş verənlərdən güya ki, xəbəri yoxdur kimi özünü göstərməsi hər birimizin xatirindədir. Hesab edirik ki, günlərin birində belə oyunları o, hazırki baş həkim Aydın Əsədovun da başına gətirəcək. Çünki bu adam üzdə deyil, əl altdan iş görür. Atalar demişkən saman altdan su yeridəndir.
İkinci şəxs barədə danışmaq istərdik. Bu adam xəstəxananı qırx (40) ildir ki, dədə malı kimi talayıb yeyən baş mühasib Rafik Ağayev barəsindədir. Rafik Ağayev maliyyə fırıldaqları ilə uzun illərdir ki, büdcəni söküb talayır, şişirdilmiş rəqəmlərlə, yumuşaq, bərk inventarlardan əldə etdikləri milyonlarla vəsait edir. Əlbətdə ki, cumhuriyyət. az-ın yazdıqları onun ürəyincə ola bilməz. Yaxşı sual olunur ki, Rafik Ağayev rayon bazarında bir neçə mağazanı hansı imkanlar hesabına edib?Rayonda və Bakı şəhərindəki möhtəşəm evləri hansı imkanlar hesabına əldə edib?Hazırda istifadə etdiyi 713- markalı qiyməti altımış min manata (60. 000)olan pradonu hansı vəsait hesabına alıb?Bu adam rayon maliyyə şöbəsi ilə əlbir olaraq xəstəxananın büdcəsini dağıtmaqla məşğuldur. O üzdən dərc edilənlərlə necə razılaşa bilər?
Üçüncü şəxs xəstəxananın təsərrüfat müdüri Ataş Bədolov haqqındadır. Bu adam yekə-yekə danışmaqla, arxasında hüquq mühafizə orqanlarının dayandığını deməklə kollektivdə xof yaratmağa və bizləri qorxutmaqla məşğuldur. Güya ki, bunu hansısa hüquq-mühafizə orqanının rəhbəri müdafiə edir. Axı bu adamın hansı müsbət keyfiyyətləri var ki, hansı səlahiyyətləri var ki, dövlətin mötəbər strukturlarının adından sui-istifadə edir?Bu sualı dəfələrlə həm Aftandil Rəhimovun dövründə, həm də hazırki baş həkimin zamanında rəhbərliyə ünvanlamışıq, açığı onlar da çaş-baş qalıblar. Ataş Bədəlov xəstəxananın yanacağını, texnika üçün ayrılmış ehtiyyat hissələrini, xəstəxananın ərzağını və sairləri istədiyi şəkildə satır və istifadə edir. Bu adamdan soruşan yoxdur ki, dövlətin vəsaitlərini niyə acımasız şəkildə dağıdır?Ataş Bədəlov hər ayın sonunda bütün həkimlərdən 10 manatdan oksigen pulu yığır. Hansı ki, oksigen xəstəxanaya dövlət hesabına ayrılıb. Belə özbaşnalıq, belə sayğısızlıq olmaz axı. Baş həkimi barmağına sarımaqla xəstəxanada istədiyini edən Ataş Bədəlova dur deyən olacaqmı?
Hörmətli redaksiya. Respublikanın digər səhiyyə müəssisələrində İsmayıllıdakı kimi özbaşnalıq yoxdur. Xahiş edirik bu məsələni xüsusi ilə qeyd edin. Burada baş verən belə özbaşnalıqlar, rayon əhalisində bizlərə qarşı inamı itirib. Camaat bizə həkim kimi, can qoruyucusu kimi deyil, qəssab kimi, soyğunçu kimi baxır. Buna görə də xəstələr daha çox Qəbələ və sair rayonlara müraciət edirlər. Sonda qeyd etmək istəyirik ki, tezliklə belə özbaşnalıqlara son qoyulmasa, onda rayonumuz üçün çox pis hal yaranacaq. Çünki savadlı kadrlarımız var ki, buradan məhz belə özbaşnalıqlara görə çıxıb getmək istəyir. Bir neçə ildə xeyli həkimlərimiz xəstəxanadan çıxıb başqa səhiyyə ocaqlarına gediblər. Ali təhsilli bacarıqlı həkim savadsız, həyatda heç bir normal mövqeyi olmayan Ataş Bədəlovun təhqirlərinə, maneçiliklərinə necə dözə, qatlaşa bilər?Bu adam elə bil ki, rekerddir hər ay həkimlərdən haqq tələb edir. Bu təhqir deyilmi?
Redaksiyadan. Yazıda adları çəkilən bütün şəxslərin mövqeyini də dinləyib dərc etməyə hazırıq. Cumhuriyyət. az olaraq istərdik ki, yazıda adları hallanan Rafik Ağayev, Abdullətif Maqsudov və Ataş Bədəlov da onlar haqqında səslənən fikirlərə münasibət bildirsinlər. Qeyd edirik ki, kiv haqqında qanuna uyğun olaraq bizim kimlərləsə şəxsi problemimiz və qərəzçiliyimiz yoxdur. Odur ki, bütün tərəfləri normal şəkildə dinləməyə, onlara cavab hüququ tanımağa hazırıq.