DİN-də struktur dəyişikliyi
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Azərtaym.az Trend-ə istinadən məlumatına görə, fərmanda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturu”nun 3-cü hissəsinin yeddinci abzası aşağıdakı redaksiyada verilsin: “Əlahiddə Çevik Polis Alayı və digər nizami polis hissələri”.