AZƏRBAYCANDA valyutadəyişmə MƏNTƏQƏLƏRİ BAGLANACAQ

 

1447426476_9938Azərbaycan Mərkəzi Bankının (AMB) 2016-cı ilin mart-aprel aylarınadək banklardan və onların filiallarından kənarda fəaliyyət göstərən valyutadəyişmə məntəqələrinin bağlanması haqqında qərar verəcəyi gözlənilir.
Ölkənin bank bazarındakı mənbə Trend-ə bildirib ki, bu qərardan sonra valyutanı yalnız bankların mərkəzi ofislərində və filiallarında dəyişdirmək mümkün olacaq.
Bu gün Mərkəzi Bank banklara göndərdiyi təlimata əsasən, xarici valyutaların mübadilə məzənnəsi hədlərini həmin gün üçün AMB-nin rəsmi məzənnəsindən +/-4% məbləğində (xarici valyutanın alış məzənnədən maksimum 4%-dək aşağı, satış məzənnəsi isə rəsmi məzənnədən maksimum 4%-dək yuxarı) müəyyən edib. Bu tədbirlər, xüsusilə son günlərdə bir sıra valyutadəyişmə məntəqələrində müşahidə olunan əsassız məzənnə artımının qarşısını almaq məqsədilə görülür.
Bu qaydalar artıq sabahdan qüvvədə olacaq. Qayadaları pozan banklar ciddi şəkildə cəzalanacaq.
Belə olan halda, AMB tərəfindən müəyyən olunan bugünkü 1,5642 USD/AZN məzənnəsinə uyğun olaraq, valyutadəyişmə məntəqələri əhalidən dolları 1,5016 AZN/USD-dən aşağı ala, 1,6268 manatdan yuxarı sata bilməyəcəklər.

 






Fikirlər