BAKI DÖVLƏT UNİVERSİTETİ əməkdaşların maaşını yenidən ARTIRIB
Universitetdən AZƏRTAC-a bildiriblər ki, bu tədbir Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən, Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısının əhalinin sosial müdafiəsinin gücləndirilməsi, pensiyaların və əməkhaqlarının artırılması ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq həyata keçirilir. Qərara əsasən, BDU-nun rektoru fevralın 1-dən etibarən universitetin üç mindən çox əməkdaşının əməkhaqqının ilkin mərhələdə 200 manatadək artırılması barədə müvafiq əmr imzalayıb. Bununla yanaşı, differensasiya əsasında elmi-pedaqoji fəaliyyəti ilə fərqlənən 300 nəfərdən çox müəllim və elmi işçinin əməkhaqqının əlavə olaraq ayda 100 manat artırılması barədə də qərar qəbul edilib. Xatırladaq ki, ötən ilin sonunda universitetin hər bir əməkdaşına birdəfəlik mükafat verilib. Bakı Dövlət Universitetinin (BDU) elmi şurası büdcə imkanlarını nəzərə almaqla, BDU-nun bütün əməkdaşlarının əməkhaqqının tutduğu vəzifədən asılı olaraq artırılmasını qərara alıb.