Deputat nazirliyi DİLƏNÇİLİKDƏ təqsirləndirdi
Milli Məclisin bu gün keçirilən iclasında deputat Çingiz Qənizadə növbəti dəfə Nəqliyyat Nazirliyinin ünvanına tənqidi fikirlər səsləndirib. AzerTaym.az
Modern.az xəbər verir ki, deputat lisenziyalarının ləğvi və ya ASAN-Xidmətə verilməsi ilə bağlı ölkə prezidentinin qərarının cəmiyyətdə alqışlandığını bildirib.
Bununla belə, qeyd edib ki, Nəqliyyat Nazirliyi sistemində hələ də köhnə streotiplər qalmaqdadır.
Ç.Qənizadə buna misal olaraq avtomobilərə fərqlənmə nişanının hələ də pulla satılmasını göstərib:
“Əvvələr “fərqlənmə nişanı üçün 50 manat alırdılar. İndi bu ləğv olunub. Amma bu nazirlikdə yenə dilənçilik edirlər, Fərqlənmə nişanını 20 manata satırlar. Bu əməllərə son qoymağın vaxtı çatıb”.