İki tanınmış telejurnalist SÖZ DAVASINA çıxdı: “AzTV fəlakət idi”
Tanınmış telejurnalist, professor Qulu Məhərrəmli moderator.az saytına müsahibəsində AzTV-nin rəhbəri Arif Alışanovu sərt tənqid edib. O, A.Alışanov barədə danışarkən “bu adamın rəhbərliyə gəlişi, içi mən qarışıq, əməkdaşların əksəriyyətində illüziya yaratmışdı deyib. Q.Məhərrəmli A.Alışanovu yaradıcılıqdan çox uzaq, dağıdıcı adam adlandırıb. Modern.az saytının məlumatına görə, AzTV-nin Xəbərlər studiyasının direktor müavini Vəli Əkbərin Qulu Məhərrəmlinin müsahibədə səsləndirdiyi fikirlərə cavabı gecikməyib: “Dünən Azərbaycanın ilk televiziyası olan AzTV-nin yaranmasının 60-cı ili idi. Belə bir vaxtda təbii ki, təbrik edənlərin sayı daha çox olur. Səmimi ürək sözləri ilə dolu zənglər, mesajlar, məktublar, hamısı ürəkaçandır. Amma bədxahlar da var ki, öz xıltlarını heç olmasa, bu gün boğa bilmədilər”. V.Əkbər hesab edir ki, Qulu Məhərrəmlinin müsahibəsi əslində onun özünü təkzib edir: “Müsahibəni diqqətlə oxudum. Amma nə professor??? Müsahibədə özünü təkzib edən kifayət qədər fikir var. İnkişaf varsa, onu kim edir? İndi AzTV-də gənclərə verilən fürsətə baxsan, görərsən ki, belə bir şey heç kimin dövründə bu qədər azad olmayıb. Ən azı bir şeyi deyə bilərəm, burda heç kimi rüşvətlə işə qəbul etmirlər. Halbuki, o zamanlar neçə dostumun AzTV-də işə düzəlmə prosesinin şahidi olmuşam.
Q.Məhərrəmli fikirlərinə belə davam edirb: ”Ən pis olan AzTV-nin kommersiyalaşması və özəl kanalları yamsılamasıdır. Yəni bu qədər yaradıcı qüvvəsi və pulu olan bir TV-nin özəl kanalların artığına göz dikməsi, oradan layihə və aparıcı gətirməsi biabırçılıqdır. Bu gün format etibarı ilə AzTV ekranına yaraşmayan çoxlu sayda verilişlərin gəlməsi acizlikdir”.
Tələbəlikdən AzTV-yə gəlib-gedirdim, dəhlizlər qaramat, hücrələr fəlakət idi. İndiki iş şəraiti, əxlaqi vəziyyət heç bir sədrin dövründə bu qədər mükəmməl deyildi. Müsahibəni qeybət şəklinə salmaqdansa, məncə ciddi analizlərlə məşğul olmaq daha yaxşı olardı. Qeybət üçün professor olmağa ehtiyac yoxdur. Kimin kim olduğunu onsuz da hamı bilir! Deyirəm, bəlkə yetər, məsələlərə şəxsi çıxarlarımızdan yanaşmağa son verək”.