Cəlilabadda Malik Həsənov fironluğu- Malik Həsənov Cəlilabadın şahıdır
Malik Həsənov Cəlilabada əməli başlı şah obrazı yaradıb
Miq.az saytına daxil olan məlumta görə, "Hacı” kimi tanınan Cəlilabadın deputatından narazılığın olduğunu seçkiöncəsi aparılan araşdırmalar da təsdiqləyib. Deputatın rayonda məmurlara qarşı sərt olduğu və icra başçısı Əziz Əzizov başda olmaqla bütün idarə və təşkilat rəhbərlərin ondan çəkindiyi deyilir.
Miq.az saytına daxil olan digər məlumata görə, sabiq nazir Fərhad Əliyev və qardaşı Rafiq Əliyevin ölkədən getməsi Malik Həsənovun rahat nəfəs almasına imkan versə də, deputatın rayona gedəndə camaat üzünə çıxa bilməməsinin bir səbəbi də Əliyev qardaşlarına etdikləridir. İddia var ki, M.Həsənov hətta xarici səfərlərə tək getməkdən ehtiyat edir və bunu "Fərhadgildən nə desən çıxar” deyə izah edir.
«Cəlilabadda Fərhad Əliyevin həbsində əli olan şəxs kimi təqdim edilən Kərəm Həsənovun qardaşı ilə bağlı mövqelər və təəssuratlar birmənalı deyil» deyə saytımıza məlumat verən mənbə bildirir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, "AZINKO-holdinq”in prezidenti olan M.Həsənov manatın devalvasiyasından sonra milyonlar itirib deyə son vaxtlar bir az da aqressivləşib. Bu baxımdan heç bir cəlilabadlı şikayətçi deputatın qəbuluna düşüb ürək sözlərini çatdıra bilmir...
Ölkə parlamenində mandat qazanmış bir çox depuatlar təmsil etdikləri rayonlarda söz sahibi olmaqla bərabər bəziləri hətta icra başçısı rolunu oynayır. Belə depuatatlardan biridə 67 saylı Cəlilabad şəhər Seçki Dairəsindən mandat almış Malik Həsənovdur. AzMedia.info-ya daxil olan məlumata görə Malik Həsənov Cəlilabada əməli başlı şah obrazı yaradıb.
Cəlilabad rayonundan daxil olan məlumata görə faktiki olaraq rayonda hazırda icra başçısı funksiyasını deputat Malik Həsənov həyata keçirir. Belə ki, Cəlibaddakı bütün məmurlar ayda bir dəfədə olsa depuatata hesabat verirlər. Hətta depuata Malik Həsənov Cəlilabad rayonuna etdiyi səfərlər zamanı sahib olduğu restoranın qarşısında məmurlar onun pişvazına çıxırlar. Redaksiyanı Cəlilabaddan məlumatlandıran mənbə bildirir ki, rayonun bütün büdcə təşkilatlarınin rəhbərləri icra başçısı Əziz Əzizovla yox, Malik Həsənovla hesablaşırlar və deputatı rayonun əsil rəhbəri kimi qəbul edirlər. Hətta rayonda artıq idarə müdirlərinin təyinatında Malik Həsənovun əsas rol oynadığı qeyd olunur.
Mənbəmiz iddia edir ki, büdcə təşkilatlarının rəhbərləri Bakıya səfər etdikləri vaxt mütləq depuatatın qəbuluna gəlirlər və rayonda olub bitənləri icra başçısı Əziz Əzizovun hansı işlər çevirdiyini ona məruzə edirlər. Deputatın ən isti münasibəti olan idarə müdirlərindən birinin isə Cəlilabad maliyyə idarəsinin müdiri olduğu bildirilir. Məhz depuatatın Cəlilabad səfərlərində Malik Həsənovun bütün xərclərini Maliyyə idarəsi ilə Suvarma Sistemləri İdarəsinin müdirinin çəkdiyi deyilir. Hətta deputatın rayonda məmurlara qarşı sərt olduğu və icra başçısı Əziz Əzizov başda olmaqla hamısının ondan çəkindiyi deyilir.
Mənbə buna ən bariz misallardan biri olaraq keçən il Cəlilabad icra başçısının müavini Asif Əzizovun deputat Malik Həsənov tərəfindən döyülməsini göstərir. Həmin vaxt deputatın cavabını qaytaran icra başçısının müavini Malik Həsənov tərəfindən fiziki zora məruz qalmışdı. Deputat başçı müavini ilə dalaşdıqdan sonra Asif Əzizovun məcburi ərziə yazaraq işdən çıxmasını tələb etmişdi. Başçı müavini isə vəzifəsindən getməyəcəyini desə də sonda icra başçısı Əziz Əzizov Asif Əzizovu yola gətirərək işdən çıxmasına razılıq almışdı.
Mənbəmiz onu da qeyd edir ki, Cəlilabad icra başçısı Əziz Əziovun qardaşları və qohumları Malik Həsənovun tikinti şirkətində işləyirlər. Bu şirkətlərdən biri Əziz Əzizovla şərikli paytaxtın «Papanin» deyilən ərazisində hündürmərtəbəli bina tikintisi ilə məşğuldur. Mənbə bildirir ki, iki il öncə Əziz Əzizov, həmin tikintisi üçün ölkədəki bankların birindən 2 milyon manat kredit götürüb və həmin kredit hazırda tam ödənilmədiyi üçün problemli kredit hesab olunur.
Qeyd edək ki, Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun və həmin rayonu Milli Məclisdə təmsil edən Malik Həsənovun Cəlilabdda və Bakıdakı biznesləri barədə yaxın günlərdə oxucularıımıza ilginc məlumatlar verəcəyik.
Miq.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, "AZINKO-Holdinq”in prezidenti, 67 saylı Cəlilabad şəhər seçki dairəsindən deputat olan Malik Həsənov haqqında media nümayəndələri həmişə qalmaqallı yazılar tirajlayıblar.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, "AZINKO-Holdinq”in prezidenti, 67 saylı Cəlilabad şəhər seçki dairəsindən deputat olan Malik Həsənovun YAP-ın budəfəki siyahısında yer almayacağı barədə xəbərlər ciddiləşir.
Məlumata görə, beş ilə yaxındır deputat seçilsə də, indiyə qədər hər hansı fəaliyyətinə rast gəlinməyən biznesmen-deputat seçiciləri ilə də görüşmür. O, rayona yalnız ara-sıra gedir və onda da heç kimin gözünə görünməməyə çalışır. Bütün iş-gücünü özünün biznesinin genişlənməsinə yönəldən M.Həsənov mandat daşıdığını daha çox şəxsi xarici səfərlərində yadına salır və bundan qürrələnərək istifadə edir.
Fikirlər