Müdirlərin qışqırmalarının SƏBƏBİ aydın oldu

Müdirlərin qışqırmalarının səbəbi aydın olduABŞ-ın Miçiqan Universitetinin psixoloqları müdirlərin öz işçilərinə qışqırmalarının səbəbini izah ediblər.

Araşdırmaların nəticələrini müəlliflər “Journal of Applied Psychology” jurnalında dərc ediblər.

Səsqaldırmanın səbəbi mənəvi lisenziyalaşdırma adlanan psixoloji özəllikdir. Bu fərdin özünə əvvəlcədən riayət edilən bəzi normaları və qaydaları (məsələn, səs tonunu yüksəltmə və təhqir etmə) pozmağa icazə verməsidir.

Rəhbər və işçi arasında münasibətlərdə mənəvi lisenziyalaşdırma aşağıdakı kimi baş verir: davranış qaydalarını pozmadan öncə müdür onlara ardıcıl olaraq riayət edir.

Mənəvi lisenziyalaşdırmanın səbəbi üzülmə (psixoloji mənada), yəni özünü idarəni itirmədir (emossiyalara, fikirlərə və davranışa).

Psixoloqlar öz çıxarışlarına  ticarət, təhsil, sənaye istehsalatı və səhiyyə kimi sahələrdə rəhbər və işçilərin münasibətlərini izlədikləri bir neçə gün ərzində gəliblər. Alimlər bu mənəvi lisenziyalaşdırma ilə psixoloji istirahət (məsələn, iş günü ərzində qısamüddətli fasilələr) vasitəsilə mübarizə aparmağı təklif edirlər.






Fikirlər