Xalq ARTİSTİ qatil ataya ağır CƏZA istədi: ”Gözümüzün qabağında ASSINLAR, ya da GÜLLƏLƏSİNLƏR”
Ötən gün Beyləqanda atanın öz azyaşlı övladını amansızçasına qətlə yetirməsi cəmiyyətdə çox böyük narahatlıq yaradıb. Bununla belə narahatlığa rəğmən cəmiyyətin susqunluğu bu qəbildən olan hadisələrin baş vermə ehtimalını daha da artırır. “Qadınları öldürdülər, dinmədik, növbə uşaqlara çatdı” deyən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova digər qadın, uşaq təşkilatlarından fərqli olaraq uşaq qətllərinin susqunluqla qarşılanması ilə bağlı sərt mövqe ortaya qoyub. Cəmiyyət olaraq bu məsələyə səssiz və biganə qalmamağı tövsiyə edib. Cəmiyyətdə sözükeçən, nüfuzu olan ziyalılar və sənət adamları da susur. Halbuki dünyanın başqa ölkələrində bu kimi hadisələrə dərhal reaksiya verilər, ən azından sosial şəbəkələrdə kampaniya aparılar, cəmiyyət arasında nüfuzu olan şəxslərin mövqeyi təsirsiz ötüşməz. Bəz bizim sənətçilər niyə susur? Doğrudanmı, bir uşağın dəhşətli qətli, həm də öz doğma atası tərəfindən öldürülməsi qalmaqallardan daha az maraqlıdır? Bir-birilərini qalmaqallarına dərhal reaksiya verən sənət adamları getdikcə aqressivləşən icitmai münasibətlərə niyə biganə yanaşır? Əməkdar artist, tanınmış müğənni Aybəniz Haşımova Cebhe.info-ya “İnsana ömrü Allah verir, bu canı ala bilmək başqa bir insane üçün olduqca çətin olmalıdır: “Bu qətli insan edə bilməz. Bir qarışqanı yarada bilmədiyimiz halda, biz büsbütün insanı öldürə bilmərik. Ona görə də var gücümüzlə bu işə hamı səfərbər olmalıdır. İnsanlar da torpaq qədər qiymətlidir. Əlbir olub torpaqlarımız kimi insanlarımızı da qorumalıyıq. Xüsusilə də uşaqların qətlini törədən insanlara qarşı addım atmalıyıq. O hadisəni edən kimdirsə, insanlıqdan çıxıb. Düşünürəm ki, insan insanı öldürə bilməz. Onu əgər insan bacarırsa, demək artıq o, insanlıqdan çıxıb. O, insan deyil və ümumiyyətlə onun adı yoxdur. Deməli, onun içində bir vəhşilik yaranıb. Ona elə bir cəza vermək lazımdır ki, bu başqalarına da bir dərs olsun. Günahdır...” “Biz nə edə bilərik ki? Biz sənət adamlarının əlindən nə gəlir ki...” deyə müğənni Nüşabə Ələsgərli bildirib. Onun sözlərinə görə, sənət adamlarını bu məsələdə irəli vermək olmaz: “Bu hadisə dəhşətlidir və vəhşiliyin bariz nümunəsidir. Nə demək olar? Hər halda bu kampaniya yaxşı haldır. Məncə, bütün müğənnilər bu kampaniyaya gələrlər. Cəmiyyətə müğənnidən çox savad və təhsil lazımdır. Təhsilsizlik, savadsızlıq cəmiyyəti cahilliyə gətirib çıxarıb. Hərə bir sahəyə, dinə, insanlıqdan kənar yerlərə meyllənib”. Xalq artisti Mübariz Tağıyevin szölərinə görə, belə qətllər insanlıqdan iraq məsələlərdir: “Vəziyyət elə bir yerə gəlib çatıb ki, uşaq öldürülür. Bu insan ya dəli, ya da anlamıram nə olmalıdır ki, bu hadisəni törətsin. Bu qəddarlığın axırıncı pilləsidir. O adamı camaatın gözü qarşısında ya assınlar, ya da güllələsinlər”. Tanınmış estrada müğənnisi Nura Suri isə Azərbaycan məktəblərində psixoloqların fəaliyyət göstərməsi vacibliyinə toxunub: “Ödənişli məktəblərdə psixoloqlar var. Əvvəldən problem yarananda həll etmək mümkündür. Bu insanlar nə sayt oxuyurlar, nə də efirə baxırlar. Geridə qalmış, naqis insanlardır. Böyüyüb artıq psixoloji xəstə kimi formalaşan insanı dəlixana da düzəldə bilməz. Biz özümüzü yorsaq da, nə xeyri... Belə xəstə insanlar əfsuslar olsun ki, çoxdur. Normal psixoloqları bölgələrdəki məktəblərdə maaşla işlətmək üçün iş görmək lazımdır. Hər kəs ən azı ildə iki dəfə bütün məktəblərdə psixoloji testlərdən keçməlidir”.