HİCRAN Hüseynova 170 min dollar RÜŞVƏTİN girovu kimi...
Qeyd edək ki, Eynur Kərimovun vəkili Adəm Məmmədovun sözlərinə görə, Səfər Imanov bu məsələyə görə Hicran Hüseynovanı ittiham edir. O, bildirib ki, Eynur Kərimovdan aldığı komitə sədrinə verib. Səfər Imanov həmçinin məsələ ilə bağlı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə də müraciət edəcəyini bildirib. Məlumatlarda bildirilir ki, Səfər Imanovun açıqlamalarına qədər Hicran Hüseynovada arxayınlıq olub. Komitə sədri bu məsələyə görə onunla bağlı hansısa tədbir görüləcəyinə inanmayıb. Lakin Səfər Imanovun da onun əleyhinə danışması komitə sədrini təşvişə salıb. Bildililir ki, hazırda Hicran Hüseynova hər vəchlə Səfər Imanovun Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə müraciətinin qarşısını almağa çalışır.
Məlumatlarda həmçinin bildirilir ki, Səfər Imanovun ölkəni tərk etməmişdən əvvəl mülklərini Qubadlının icra başçısı Malik Isaqovun yaxınlarına satması da istintaqın diqqətindən yayınmayıb. Bildirilir ki, həmin mülkləri alan şəxslər də istintaqa cəlb oluna bilər. (Azadlıq.info)