170 MİN dollarlıq məhkəmə İŞİ - Şikayətçi 5 SAAT Prokurorluqda İZAHAT verdi
<p"> Vəkil adının açıqlanmasnı istəmədi, amma Komitə onun Eynar Kərimov olduğunu açıqladı Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi keçmiş əməkdaşı Səfər İmanov ətrafında yaranan məsələyə bir daha münasibət bildirib. Komitə tərəfindən Modern.azsaytına verilən rəsmi məlumatda bildirilir ki, Dövlət Komitəsinin keçmiş əməkdaşı Səfər İmanov 2015-ci il 1 noyabr tarixindən fəaliyyətinə xitam verilib. Fəaliyət göstərdiyi müddət ərzində onunla bağlı əmək intizamın pozulması faktları qeyydiyata alınıb və iki dəfə töhmət alıb. Bununla bağlı qeyd etmək istəyirik ki, Səfər İmanov iş yerində əmək vəzifələrin yerinə yetirilməməsi və fəaliyyətində etdiyi nöqsanlara görə komitənin kollegiya və növbədənkənar iclaslarında rəhbərlik tərəfindən dəfələrlə tənqid edilib. Qeyd etməliyik ki, sabiq Aparat rəhbəri Səfər İmanov Komitədə işdən ayrıldıqdan bir neçə ay sonra 170 min dollarının mənimsənilməsini iddia edən Kərimov Eynur adlı şəxs Komitəyə müraciət edib. Həmin vətəndaşın dediyinə görə, o, 4 il əvvəl Səfər İmanova pul vəsaiti təqdim edibdir. Eyni zamanda rəqəmlər şəxs tərəfindən dəyişdirilərək hər dəfə fərqli ifadə edilib. Həmin vətəndaş 4 il müddətində Səfər İmanovla yaxın əlaqədə olub. Burdan sual ortaya çıxır ki, niyə 4 il ərzində E.Kərimov tərəfindən rəsmi şəkildə Komitəyə və hüquq-mühafizə orqanlarına müraciətlər edilməmişdir?! Biz məsuliyyətlə qeyd edirik ki, həmin şəxslə Komitə sədri Hicran Hüseynovanın işlə təmin edilməsi və hər hansı pul vəsaitinin verilməsi ilə bağlı heç bir əlaqəsi və danışıqlıqlar olmayıb.<p"> Qeyd etmək istərdik ki, Dövlət Komitəsinin sədri Hicran Hüseynova Komitənin çərçivəsindən kənar kimisə vəzifəyə təyin etmək üçün inzibati və rəsmi səlahiyyətlərə malik deyil. Onu da əlavə edək ki, bir sıra kütləvi informasiya vasitələrində Səfər İmanovun Hicran Hüseynovanın dayısı oğlu olması ilə bağlı məlumatlar yer alıb. Və biz bunu təkzib edərək nəzərinizə çatdırmaq istərdik ki, bu məlumat yanlışdır.<p"> Digər məqam isə ondan ibarətdir ki, 5 fevral 2016-cı il tarixində bu məsələlərin araşdırılması üçün Dövlət Komitəsi rəsmi şəkildə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib. Məsələnin öz həllini tapması üçün araşdırmaların nəticəsi gözlənilir. Hesab edirik ki, Vəkillər Kollegiyası və müvafiq təşkilatlar bu şəxsin vəkillik etikasına və vəkillik fəaliyyətindəki peşəkarlıq meyarlarına diqqət yetirəcəklər. Çünki bu, vəkillik etikasının pozulmasının və qeyri-peşəkar fəaliyyətin bariz nümunəsidir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Yəni cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.<p"> Hüquqşünas Adəm Məmmədovun Komitənin növbəti açıqlamasına cavabı da gecikməyib. A.Məmmədov Modern.az saytına bildirib ki, heç vaxt qarşı tərəfi təhqir edəcək hər hansı ifadə işlətməyib:<p"> <p"> Mən heç kimə cinayətkar deməmişəm. Sadəcə şikayətçinin ittihamını mətbuata çatdırmışam. Bildirmişəm ki, şikayətçi deyir ki, pulu birbaşa sədrə verib. Bir daha bildirirəm ki, məsələ ilə bağlı komitədə olmamışam. Bu cür yalan açıqlama vermək, əslində onların əleyhinə yönəlir. Mən peşəkar vəkiləm və heç vaxt komiyətə getmərəm. <p"><p"> Hüquq-mühafizə orqanlarından qaçmağımız iddiasına gəlincə, qeyd edim ki, müvəkkilim 17 fevral saat 16:00-dan bundan 30 dəqiqə əvvələdək mənim iştirakımla Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində izahat verib”.<p"> A.Məmmədov son olaraq Komitə sədrinə məsləhət verib: “Məsləhətim budur ki, Komitə sədri qanunu düzgün qavrasın, həm də məqalələri diqqətlə oxusun”.
<p">